Salam. Mən aliexpress`də telefon sifariş etmək istəyirəm android əməliyyat sistemli. Satıcıdan IMEI kodu barədə soruşdum mənə dedi ki istədiyin IMEI kodunu özün yazacaqsan 15 rəqəmli 358`lə başlamalıdır. 358xxxxxxxxxxxx.
Belə bir şey mümkündür? Yəni IMEI kod özüm yazsam Azərbaycanda qeydiyyatdan keçirə biləcəm? Təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
2
Məsləhət deyil. Satıcı da elə şey deyər? Bəlli ki saxta malıdır. Imei cozulse belə telefon saxtadır
2
IMEIni də özün yaza bilərsən ki? Bir var satıcıda olan mövcud IMEI kodlardan birini seçmək, bir də var özün IMEI yaratmaq. IMEI kodun özünün müəyyən qanunauyğunluqları var, son kontrol ədədini tapmaq var və s. Lap tutaq ki, söylədiyiniz IMEI qaydalara uyğun gəldi, sabah şəbəkədə eyni IMEI də olsa, telefon işləməyəcək. Boş yerə buna unikal kod demirlər.
2
cinli saticilar her yolla musterini saxlamaq isteyirler. hetta men deyende ki, IMEI problemdi mne imei deyismeyin yazili izahini yolladi. amma nece de olsa burda avtomatik sistem var ki o ozu sizin IMEI mueyyenlesdirir.yeni siz qeyri qanuni yolla IMEI deyisseniz de sistem bunu qebul etmir. meslehelisi Lenova imi telefon alin ki onlarin ici de, arxasi da ve hetta qutunun ustunde yazilan IMEI eyni olur ve burda hek bir problem olmur
1
Kohne telefon zad varsa onun imei kodunu bu getizdirdiyiniz telefona atmaq olar ve kohne teli ise iwletmemelisiniz mutleq ! . .bele bir wey mumkundur …Ama getizdirdiyiniz tel orijinal deyil.
Sual verin
Cavab verin