Salam.
Xahiş edirəm, mənə kömək edəsiniz. Mən respublika əhəmiyyətli saytlar hazırlayıram və buna görə də VPS serverim (800 GB – VPS optimized 3) var. Bir neçə aktiv domen işləyir. Dünən 3 yeni domen əlavə etdim. Bütün lazım olan işləri yekulaşdırdıqdan sonra 24 saat keçdi. Amma qoşulmadı.
Mən adi qayda ilə “add nev account” etdim.
Mənə dedilər ki, DNS Manegement`dən domain zonası əlavə edim. Ora girib baxdım ki, domen zonaları əlavə edilib.
Xahiş edirəm, mənim nə edəcəyimi yazın. Və ya əgər mümkünsə, video-dərs göndərin (dilindən asılı olmayaraq).
Server: WHM VPS Optimized 3
Təşəkkürlər! Sağ olun!
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
0
VPS üçün hansı idarə paneli işlədirsiz? DNS server qoşuludu? Hansı NS-lər işlədirsiz?
0
CPaneldir, NSlər:
NS1: ns1.contabo.net
NS2: ns2.contabo.net
0
CPaneldir, NSlər:
NS1: ns1.contabo.net
NS2: ns2.contabo.net
0
VPS aldıqınız şirketin texniki şöbəsi size bu mövzuda kömək etmelidir.
DNS Manegement -den özünüz şexsi NS yaradmalısız , şexsi NS olmasa bele bu NS -lere qoşulmalıdır
ns1.contabo.net
ns2.contabo.net
Elave olaraq Domain panelde serverin ip adresini qeyd edin.
0
Şəxsi NS`lər necə yaradılır?
Bundan Əvvəl belə olmuşdu. Bir oğlan düzəltdi və dedi ki, DNS management`dən zonaya domaini elave etmek lazimdir.
Mən çox axtardım, amma alınmadı. DNS functions`a baxdım, orada domainlər var.
0
Domain Name
IP Address
Name Server 1
Name Server 2
Bu xanaları doldurub tesdiq etdikde NS-ler yaranır.
Dediyim kimi önemli olan domain panelde serverin ip adresni qeyd etmekdir.
0
Messi. ora necə daxil olurlar?
Özü də 8 sayt (heç birində saytda İP qeyd olunmayıb) eyni NS ilə işləyir, məncə yenisin yaratmağa ehtiyac yoxdur.
0
Şəxsi NS yaratmaq üçün domain satan şirkətin idarə panelinə daxil olub orda istədiyinin domainə uyğun HOST yaratmaq lazımdır. məsələn
ns1.yeni.com – ns1.contabo.net(ip adresini yazın)
ns2.yeni.com – ns2.contabo.net(ip adresini yazın)
daha sonra domaində ns-ləri ns1.yeni.com və ns2.yeni.com kimi qeyd edə bilərsiz
Sual verin
Cavab verin