Bu saytı hansı CMS-də yığa bilərəm?

Salamlar. http://nagilim.az/az bu cür saytı hansı CMS-da yığa bilərəm?


Yadda saxlama
Kateqoriya: Web skriptlər, kod həlləri . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(14:56, 14/09/2011 ) #3861

Bu saytda hər hansı bir spesifik CMS həlli yoxdur axı, məxsusi quruluşa malik sadə saytdır. Bunu istənilən CMS-də və ya özünüz 0-dan yaza bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:13, 14/09/2011 ) #3865

Bu sayt sadəcə HTML-da yığılıb. Dreamweaver proqramı ilə düzəldə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:07, 14/09/2011 ) #3870

admin, mənim bu sualdakı “Başqa şəxsin şəxsi mesajıni oxumaq istəyirəm” cavabımı silib, şərh yazmağa niyə qadağa qoymusunuz ki? Nəyi düz eləməmişəm ki? qaydadan kənar nə var orda???????????!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:25, 14/09/2011 ) #3871

    Təkcə sizin cavab deyildi, aproove olunmamış başqa cavablar da var idi. Silmək və qadağa səbəbi məncə aydın olmalıdır, o sualın cavabı istənilən halda qanun pozuntusun reallaşdırılmasına köməkçi rolunu oynayır. Bizsə verilən cavablara görə məsuliyyət daşımasaq belə yenə də çalışırıq ki qayda-qanun pozuntusu olmasın.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:11, 14/09/2011 ) #3875

Sayt html deyil. +++ Administrator paneli var. Buda bir sübut )))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:22, 15/09/2011 ) #3877

    Axı nə əhəmiyyəti var sayt sırf html-də yığılıb ya php-dən də istifadə olunub? Sizin sualınız axı bu deyildi. Sizin sualın cavabı yuxarıdadır, belə bir saytı sıfırdan da yığa bilərsiniz, istənilən CMS üzərində də qura bilərsiniz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:28, 15/09/2011 ) #3880

Onda Mən sayta məlumat yerləşdirmək istəyəndə gərək girib səhifədə HTML yazım.Düzdü??

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:07, 15/09/2011 ) #3887

Admin, sizin anlaşılmamağınız əslində çox maraqlı problemi üzə çıxarır.
Yeni başlayanlar oxumaq istəmir bu normaldır. Ama ən azı hər kəs istifadə etdiyi bir şeyin məqsədini bilməlidir.
CMS- Content Management System sayt yığmaq üçün deyil. Adından da göründüyü kimi CMS-in əsas rolu müştərək mühitdə kontentin (azəricə buna qarşılıq tapa bilmədim, türçəsi içerikdir) menecmentidir. nəzərə alın ki menecment tək idarətmə deyil.
CMS-dən müxtəlif məqsədlər üçün, o cümlədən, müştərək mühit qurmaqda (collaboration), verilən və ya informasiyanın sistemə rahat, sadə, vizual yolla(kodsuz) daxil edilməsi, sistemdəki informasiyanın kimlər tərəfindən istifadə olunmasına nəzarət etək, istifadəçi roluna görə access hədləri qoymaq (istifadəçi-admin fərqi məsələn) və s.
Məslən Drupal CMS-dir. Siz onu “sayt yığmaq” üçün istifadə edirsiniz, şirkətlər isə şirkət daxili intranet qurmaq üçün.
Sayt üçün istifadə edəndə sizin Content olur saytın bölmələri, şəkillər, videolar və sair. Hər dəfə kontent daxil etmək üçün HTML ya PHP faylında dəyişiklik etmək qədər yorucu işi CMS asanlaşdırır, vizuallaşdırır. CMS-in məqsədlərindən biri:) İstifadəçiləriniz isə normalda ya adi istifadəçidir ya da Admin.
İntranet üçün istifadə edəndə Content olur müxtəfil şirkət sənədləri, team-vvork üçün kollaborativ mühit və sair. Burda kontent fərqlidir məsələn marketing sənədləri, qrupları, mühasibat sənədləri, maliyyə sənədləri və sair. Ona uyğun istifadəçi də onun rolu da fərqlidir. PR işçisi, HR işçisi, Mühasib, Mühasib köməkçisi, Müdir, Müdir yardımçısı, İT departamenti işçiləri və sair. Ümüd edirən münasibətin necə geniş olduğunu və kontenti niyə manage etmək lazım olduğunu anladınız. Qısacası İT departamentində işləyən sadə bir işçinin şirkətin daha ciddi (mission critical) maliyyə sənədlərinə girişi manage olunmalıdır. Qrup müzakirələri yalnız qrup üzvlərinə və bir neçə yüksək vəzifəli şəxsə (müdir məsələn) açıq olmalıdır. Şəxsi mesajları ancaq göndərən və alan oxumalıdır və sair. Eyni zamanda hər hansı bir scan olunmuş jpg sənədi sistemə qoymaq üçün Mühasib HTML kod yazmamalı və ya database-ə faylın adını daxil etməməlidir. CMS bu işləri asanlaşdırır.
İstənilən halda CMS sayt yığmağı yox kontenin menecmentini asanlaşdırır.
Müxtəlif mövzular, əlavələrdən istifadə edib hazır CMS-i çox şey üçün istifadə etmək olar.
Kontenti manage etmək üçün hazır CMS skriptdən də istifadə edə bilərsiniz ya da özünüz öz məqsədinizə uyğun bir sistem qurursunuz vəssalam.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:32, 15/09/2011 ) #3889

    Təəssüf ki, əsas problem məhz budur, öyrənmək istəməmək. Birdən olsun, asan olsun istəmək. Ona görə də qeyri-korrekt qoyuluşlu suallara tez-tez rast gəlirik.(məsələn html yaxşıdır yoxsa php, hansını öyrənim?)
    P.S. Content bizim dildə məzmun kimi işlənir. Yeri gəlmişkən İT terminlərlə bağlı layihəmiz var, www.en2az.net . Düzdür sayt özü bir az yarımçıqdır hazırda, təmir üçün növbədə dayanıb :), amma baza yerindədir və axtarış normal işləyir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024