Salam hər kəsə,
Demək bu yaxınlarda hetznerdə dedicated server aldım. Kifayət qədər yaxşı parametrlərə sahibdir. Veb sayt xəbər portalıdır və demək olarki 1 il ərzində ümumi public_folderin həcmi 2GB-ı aşır. Hetzner mənə 100GB pulsuz məkan verib backup üçün…Sualım daha çox hetzner istifadə edib təcrübəsindən yararlananlaradır ki, siz kontentin backup-nı necə aparırsınız?
Baza hissəni demirəm, o backup gedir. Sadəcə olaraq mütləq hack və silinmə təhlükəsindən qorumaq üçün contenti başqa bir yerə necə köçürürsünüz? Xahiş edirəm təcrübələrinizi bölüşəsiniz.
Təşəkürlər
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Salam. Yəqin ki Webmin girişiniz var Hetznerdə. Webmin-System-Filesystem Backup girirsiz, lazım olan home papkasını seçirsiz ordakı seçimdən, sonra sizə Robot paneldə verilən backup ftp parametrləri daxil edib digər ayarları da tamamlayıb avtomatik backup sistemini aktiv etmiş olursunuz
0
Təşəkkür edirəm cavabınız üçün. Açığı mən webmin istifadə etmirəm, Zpanel-dən istifadə edirəm. Başqa hansısa yoldan istifadə etmisinizmi?
0
Istenilen panel olsun, her birinde backup bölməsi olmalıdır. Ve dediyim şeyləri reallaşdırmaq hansında eynidir. Webmin ona gore dedim ki hetzner onu by default verir. Htpps://ip:10000 ünvanında
Sual verin
Cavab verin