Ilk antivirus proqramı


Dünyanın ilk antivirus proqramı hansı olub?


Kateqoriya: Millibyte İTM qrupundan seçmələr . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(00:01, 11/10/2011 ) #4160

Cavabı Xəyal Kərim verir:
Gəlin ilk öncə dünyanın ilk virusunu aydınlaşdıraq. Mənbələrdən məlum olur ki, ilk virus 1971-ci ildə Creeper Virus adı ilə peyda olub və ARPANET şəbəkəsi ilə yayılıb. İlk dəfə bu virus ilə yoluxma baş verəndə kompüterin ekranında “I’m the creeper, catch me if you can!” (“Mən creeperəm, bacarırsansa məni tut!”) mesajı çıxıb. Bu virusun öhdəsindən The Reaper adlı proqram gəlib Lakin bu proqramı ilk antivirus adlandırmaq doğru olmazdı, çünki o zamana qədər İT terminologiyasında “virus” sözü hələ yox idi. Termin olaraq virus sözü ilk dəfə olaraq 1983-cü ildə amerikalı informatika alimi Frederick B. Cohen tərəfindən leksikona daxil edilib. Daha sonralar Creeper-i izləyən bir çox viruslar ortaya çıxıb, lakin rəsmi olaraq ilk antivirus proqramı bir neçə il sonra işıq üzü görüb. Bu proqram self-reproduction (öz-özünə reproduksiya) adlanıb. Bunun mənası bu idi ki, bu proqram virusu özünü kopyalamaqdan imkanından məhrum edirdi, lakin virusun özünü kompüterdən silmirdi. Qeyd etmək lazımdır ki, bu proqram indiki antiviruslar kimi kompüterin tam mühafizəsini təşkil etmirdi. O ki qaldı, virusu silən (aradan qaldıran) ilk antivirus proqramına, güman edilir ki, bu proqram 1987-ci ildə Bernd Fix tərəfindən tərtib edilib. Bu antivirus proqramı Vienna Virus adlı virusu silməsi ilə məşhurluq qazanmışdır. Yeri gəlmişkən onu da deyək ki, bu virus ən stajlı virus kimi hələ də ortalıqda gəzən bir virus olaraq qalmaqdadır. Bəziləri isə belə hesab edirlər ki, Fix dünyanın ilk antivirusu olmaya da bilər, belə ki, təxminən eyni zamanda Atari korparasiyası G Data Software şirkəti ilə birlikdə G Data adlı antivirusu təqdim etmişdir. İndi bu məsələ bir qədər mübahisəli qalsa da biz ilk antivirusçuları dərin minnətdarlıq hissi ilə yad etməliyik ki, onlar ilk zamanlardan bizim təhlükəsizliyimizin qeydinə qalmışdılar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026