Salam. Bəzi saytlar var ki heç bir onlayn ödəmə sistemindən istifadə etmədən kartlardan pul çıxara bilirlər. Məsələn arvixe, 10dollarmall, amazon.
Mən də istiyirəm ki, öz saytımda heç bir onlayn ödəmə sistemlərindən istifadə etmədən kartdan pulu çıxara bilim. Bunun üçün hardasa APİ var?
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
3
Salam. Onun üçün şəxsi ödəniş terminalı açmalısiz (gateway) bankda, ondan sonra bankdan sizə access verərler ki charge üçün curl api budur, refund üçün budur və s. Asan iş deyil bizdə bu, çətin olar sizə tək etmək bunu. Məsuliyyəti çox ağırdır, kiminsə kart informasiya filani ələ keçme ehtimalı, ssl sertifikat və s. üstəlik insanların sizə güvənməsi çətindir. Ondansa azericard və ya goldenpay xidmətindən istifadə edib saytınızi qoşa bilərsiz. Gəlirin də 97%i sizə qalacaq, bütün məsuliyyət də onların.
0
Məsələn AccessBank-da açsam, AG Bank-ın kartınnan pul çıxarda biləcəm?
0
Söhbət ödəniş sistemindən gedir e,hansısa bankın card to card xidmətindən yox. Bütün dünya üzrə kartlardan çıxara bilərsiz(Master,Visa,Maestro və.s.) nəinki Azərbaycan daxili banklar.
0
Bes gateway acmaq ucun ne qeder vesait lazimdir?
0
Onu bankdan soruşmaq lazımdır. Terminal özü ucuz olur 20-30 manat. Amma belə şeyləri etməkçün hüquqi şəxs zad tələb edəcəklər, o da ki şirkət açmaq deməkdir. Yəni is böyüyur. Kiçik miqyasda belə şeyləri etmək olmur
0
Terminal nəyə deyilir? Paypoint e-manat kimi bir şey? Yoxsa mağazalarda olan balaca easypay aparatı kimi bir şey?
0
Onlar aparat hissəsidir, post terminaldirlar yəni. Terminal isə bankda olan və həmin aparatdan olan ödənişə cavabdeh həllin adıdır.
Sual verin
Cavab verin