subdomain.saytadı.com üzərində WordPress qurdum. Əsas olan saytadı.com-un fayllarını köçürdüm yeni subdomain.saytadı.com-a aid ftp hesaba, saytadı.com-un mysql bazasını eksport eləyib subdomain.saytadı.com-a import elədim eynilə saytadı.com-da olduğu kimi kimi açıldı. ama linklərə girəndə saytadı.com-da olan linklərə keçir. mən istəyirəm subdomain-də qurduğum sayt tamam ayrı yəni subdomain.saytadı.com-a aid olsun. məsələn saytadı.com Azərbaycan dilindədir. ru.saytadı.com isə rus dilinə tərcümə edim kontentini rus dilində olsun. Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Salam siz yeqin wordpress skriptini saytadi.comda arxivden cixarmisiz qovluq qalib orda sonra subdomen yaratmisiz dirketden lakin skript orda qalib. Siz yaxsi olarki o skripti tamamile subdomen papkasinda qurasiz yeni orda zipden cixarib baza melumatlarina orda yaratdiginiz bazano yazin meselen subdomen_wp
0
Cavabladığınız üçün təşəkkür. Ama fikrinizi tam başa düşə bilmədim.
2
Saytı ftp ilə köçürmək bəs etmir, axı database-də domen olaraq hələ də əsas sayt qalıb.
Daxil olun wp_options table-na, orada iki sətir var option_name: siteurl və home. Hər iki sətirdəki option_value-ni dəyişib edin subdomainə uyğun, vəssalam, işləyəcək sayt normal
0
Təşəkkür edirəm Elvin bəy 🙂 dediklərinizi etdim alındı.
Sual verin
Cavab verin