Salam. Mən bu vaxtlarda Hard Disk almaq fikrim var və məsləhətli olan Hard Disk almaq istəyirəm. Xarici Hard Diskdən danışıram. Yəni Flaşh Kart kimi istifadə edilən Hard Disk. Xayiş edirəm bu barədə mənə ətraflı məlumat verin. Hard Diskin qiymətində isə fərqi yoxdur istər baha olsun istər ucuz təki keyfiyyətli olsun. Aldıqdan sonra problemlər çıxmasın (misal üçün, kompüterə taxanda format istəməsin və s.) Bu barədə təcrübəsi olan şəxslərdən xayiş edirəm aşağıdakı suallarımı mümkünsə tam və dəqiq cavablandırsın :
1) Hard Disk ən çoxu neçə TB-dır ?
2) Ən keyfiyyətli Hard Diskin firması hansıdır ?
3) Ən keyfiyyətli Hard Diskin modeli hansıdır ?
4) Ən keyfiyyətli Hard Disk haranındır ?
5) Hard Diskde ən çox nə qədər sürət olur ?
6) 1 TB üçün ən yaxşı sürət nə qədər olmalıdır ?
7) Hard Diskin USB neçə olsa yaxşıdır ?
8) Hard Diski aldıqdan sonra içinə hər hansı bir şey yükləməmişdən əvvəl mütləq format etmək lazımdır ?
9) 1 TB Hard Diskin obtovoy qiyməti nə qədərdi və harda satılır ?
10) Hard Disk alanda nəyə əməl etmək lazımdır ?
Məlumtlara görə çox sağolun. Minətdaram
Məni məlumatlandıran şəxsi bəyənəcəm
Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)
1
11 ) Hard Diskin ən çox neçə dənə USB yeri olur ?
-1
Salam menim bu haqda elede melumatim yoxdur ancaq bildiyime gore yeni hard disk alirsizsa ona gerek emeliyyat sistemi yazasiz
1
O ne olan seydi ? Xayis edirem biraz etrafli melumat verin
-2
Ne ne olan seydi basa dusmedim hard disk nedi deyirsiz? yeni komputerin yaddasi da indi emeliyyat sistemi acilanda gorduyunuz ne varsa, ele emeliyyat sisteminin ozude hard diskdedi hard diski deyissez ne var itecek tezesinde alanda bosdu da ici gerek emeliyyat sistemi yazasiz yeni format eliyesiz AMMA tam deqiq bilmirem belkede sehv yaziram
0
Men USB ile olan hard diski deyirem. Flash Kart kimi istifade olunan
1
Salam.Hard Disk USB Flash=adı belə gedir…
Hard disqin ən keyfiyətlisi Toshiba firmasıdır…(ABŞ)
Hard disqi 28 may Səməd Vurğun bağı ətrafında yerləşən ABV topdan satış mağazasınadan ala bilərsiz…
-1
Elvin xayis esas diger suallarimda cavablandira bileresen ?
3
Salam. Men etrafli yazim. Menim ozumde usb ile isleyen(external hard drive) var. Bunlar usb ile kompyutere qosulur. Hec bir emeliyyat sistemi lazim deyil. Sadece usb kompyutere ve hard diski adaptere qosursan(diskin yeri 4tb oldugu ucun qizir ve buna gore ona perler(ventelyator qosulub) onu soyutmaq ucun) bu qeder. Gelek suallarina
1.hard disk hal-hazirda satisda en boyuk hecmlisi 8tb(terrabaytdir). Ancaq 8tb tapmaq cetindir. Ve neinki 8tb hetta 4tb tapmaqda cetindir. Ancaq ebaydan ve ya basqa olkeden boyuk magazalarda olur. Ancaq Azerbaycanda 3-2-1 tb tapmaq mumkundur.
2.hal-hazirda hard dism buraxan muxtelif kompyuter firmalari var(toshiba, Samsung, hp ve s). Bu isin esl firmasi Seagate dir. En keyfiyyetli disk bunlardadir. Ozude diski aldiginda sisteme hard diskin dusur. Ve 24 saat ne problem varsa hell edirler
3.keyfiyyetli model deye bir sey yoxdur hdd de. Yeni kompyuter deyil ki 1000 cure model ola. Her olcuden 1 modeli var. Amma firmaya gore deyisir. Ve yuxaridada qeyd etdiyim kimi en yaxsisi Seagate dir
4.cavabi 2-3
5.en coxunu bilmirem 4tb 450mb kocurme sureti var. Amma suret ne qeder guclu olursa olsun kompyuter zeifdirse asagu suretle kocecek
6.100mb
7.usb 3.0
8.hec ne etmek lazim deyil. Ve ya icine ne ise yuklemek lazim deyil. Seagate paketden acib taxdiqda ve internete qosulduqda qeydiyyat sorusur. Isteseniz etmeye bilersiniz. Problem deyil. Amma etseniz yaxsidir. Windows update kimi lazimlidir. Bu baximdan
9.
Qiymetini texmini demek olmur. Acigida texmini 80azn basa gelir. Amma qiymetler dukanlara ve firmalara gore deyisir.
10.ilk once hard diskin sistemine. Ikinci kompa taxdiqda normal islemesi. Bezen problem olur. Ustunde ezik defekti falan var yoxdur ona diqqet etmek lazimdir. Isleyerken cox qizir ya yox. Kompa taxildiqda kompu dondurur ya yox. Ve s bunun kimi seyler
0
Çox sağol qaqa ALLAH sənən razı olsun. Əziyyət çəkib məlumatlandırdın məni çox sağol
0
Əgər vaxtın olsa axrıncı sualıma cavab verersəndə :
11 ) Hard Diskin ən çox neçə dənə USB yeri olur ?
1
en cox 1 dene.
0
Çox sağol qaqa
Amma ki, Oxuyub baxdım və bəzi suallarıma tam düzgün cavab gəlmiyib və bəzilərini də unudub yazmamışam Mümkünsə sonuncu suallarımı da cavablandırarsan ?
1) Ən keyfiyyətli Hard Disk haranındır ? Yəni Made In ?
2) Taiwanan olan Hard Disk keyfiyyətlidir ?
3) Siz Hard Diskin ən çox nə qədər TB olduğunu qeyd etdiniz. Ən aşağıdan yazsaydınız çox gözəl olardı. Yəni Hard Diskin yaddaşı ən aşağıdan, ən yuxarıya doğru neçə GB və TB dır. TB bildim. Hard Disk ən azı neçə GB dır və yuxarıya qədər ?
4) Eşitdiyimə görə ən çoxu 750 GB olan Hard Disklərin içində 1 dənə disk olur və heç bir problemi çıxmır yəni uzun ömürlü olur bu düzdür ?
5) Birdə eşitdimki Hard Diskin 750 GB-dan yuxarı (məsələn, 1 TB, 2TB və yuxarı) olanlarda 2 disk olur və bu problem çıxardır yəni helə çox uzun ömürlü olmur. Bu düzdür ?
6) Seagate firmasından və 750 GB olan Hard Diskin əsil qiyməti nə qədərdir ?
Çox sağolun. Minətdaram
0
Birde ki, siz yazmısınız ki:
“Ustunde ezik defekti falan var yoxdur ona diqqet etmek lazimdir.”
Mən heçnə başa düşmədim. Nəyin üstündə nə olur ? Xayiş edirəm biraz ətraflı məlumat verin
Sual verin
Cavab verin