Google Adwords haqqında sual

Salam. Mən saytı google Adwords-ə reklama goymuşdum. Sınaq üçün 5 dollar yüklədim. Amma qoyandan bir müddət sonra 3 ədəd klik oldu və 4 dollar nə qədərsə sent xərcləndi. Ayarlardan hər klikə görə ödəməni 20 sent kimi qoymuşdum. Mən nəyi səhv etmişəm?
Bir də ki, sayta Yoast plugini yükləmişəm. Postların hər birinin teqlərini və s. göstəricilərini eyni səviyyədə qoymuşam. Amma Google-da axtarış verəndə həmin postların bəziləri çıxır, bəziləri isə ümumiyyətlə çıxmır. Qeyd edim ki, Yoast-da balaca yumru işarənin rəngi qırmızı (POOR) olanlar daha tez axtarışa çıxır, amma yaşıl (GOOD) olanlar çıxmır. Bunun rənglərinin axtarışa aidiyyatı yoxdur onda.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:31, 25/08/2014 ) #46702

Salam.
Hər klikə görə fixed ödəmə təyin etsəz belə şey ola bilməz. Yəqin ki təyin edəndən sonra auto bid seçmisiz bilmədən və açar sözləriniz rəqabətli bazarda olduğundan belə bahalı kliklər olub.
1. Elə açar sözlər seçin ki normal qiymətə auto bid ilə reklamlarınız görünsün.
2. 1-ci bənddəki bidin yuxarı sərhəddini limitləmək istəyirsizsə istənilən tip auto təyindən qaçın, fixed qiymətlər verin.

Qaldı indeksasiyaya, saytın strukturu normaldırsa heç bir pluginə gərək yoxdur. Plugin o zaman daha çox lazım olur ki, saytda tez tez silinən 404 verən səhifələr olsun, plugin vaxtında xəbərdar edir Google bot-u bu haqda.
Əgər plugin işə yaramırsa o halda başqa pluginlərdən istifadə edib xml sitemap generasiya edin və o sitemap-i manual olaraq Google Webmaster-ə yükləyin. Əgər alınarsa sonradan bu işi avtomatik görən başqa bir plugin tapın. (Məsələn WordPress saytlar üçün Google XML Sitemaps adlı plugin bu asan işi görür, saytın son durumuna uyğun xml-ni generasiya edib gündəlik Google-a submit edir.)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:56, 25/08/2014 ) #46705

E.Hacı, Google XML Sitemaps saytın səhifələrinin və ya hər hansı bolmələrinin axtarışına kömək edir yoxsa necə? Yoast əgər eşitmisizsə belə plugin, bu SEO pluginidir. Mən SEO nəzərdə tuturam

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:02, 25/08/2014 ) #46706

E.Hacı ehtiyac olmadı bəli elə bir şeydir. Onu yüklədim. Plugini aktivate etmək kifayət edir axtarışı optimallaşdırmağa? Settinglərdə nələri etmək məsləhət görürsüz?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:33, 25/08/2014 ) #46714

    SEO kompleks anlayışdır və sayt normal qurulanda sitemap normal olanda çox kiçik əhəmiyyətli şeyə çevrilir,
    sayt pis qurulanda yaxşı işləməyəndə də əhəmiyyətli şey olsa da yenə də tam kömək etmir.
    odur ki sadəcə saytınızın naviqasiyası , strukturu düzgün olsun yetər, advanced seo meo olmasa da olar. Seo-ya aid edilən ilkin sadə işlər bəs edər.
    Activate edin default settings bəs edir. özü edəcək avtomatik. Orda manual etmək də var, ki notify filan. Ona basmaqla ilkin işi indidən gözləmədən edə bilərsiz. Sonrasını özü edəcək amma.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - İnzibati həbs (7 saat əvvəl)

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (1 gün əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (14 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (14 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (14 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23297 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024