Salam dostlar, çox sadə bir sualım var. Pascalda mənə iç-içə 3 dövrün müəyyən addımlarla qurulmuş alqoritmi lazımdır, fikrimi kodlarla aşağıdakı kimi izah edə bilərəm:
for t:=12 to 23 {step 1} do for w:=25 to 100 {step 5} do for n:=135 to 345 {step 10} do writeln(n,'/',w,'R',t);
While və ya repeat ilə də olar, ancaq məsələ burasındadır ki, pascalda step yoxdur, stepsiz yazanda isə 345/25R12-dən sonra 332/26R12 gəlir nədənsə, halbuki, 135/26R12 gəlməlidir. Niyə belə olur?!
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
-2
Bu o demekdir ki, artiq C++ -a keçmeyin vaxtidir.
1
yoldaş Elxanoğlu, bu kodun görmək istədiyi iş tam olaraq nədi? yaxud daha düzgün ifadəylə, bu kodu yazmaqla hansı işi görmək istəyirsiz? bəlkə alqoritm qurmaqda köməklik eləmək oldu – baxmayaraq ki, pascal-la tanışlığım yox dərəcəsindədi (məs: pascal kodunda stepləri birinci dəfədi ki görürəm)
0
Salam marmeladze ile eyni fikirdeyem siz hansi isi gormek isteyirsiz deyin alqoritmde komek ede bildim belke menimde pascalla tanisligim cox azdi ancaq alqoritmde komek ede bilerem belke
2
Problemi while … do… operatoru ilə həll etdim, for … to … do – da step olmadığından alternativ variant kimi bu həlli seçdim, köməyə görə çox sağ olun, sadəcə gecə idi deyə beynim çox yorğun olduğundan dövrün içində şərt vermişdim, şərt ödənmədiyindən birbaşa 332/26R12 keçid edirdi.
Sual verin
Cavab verin