Salam. Bu gün ilk dəfə Visa debit kartına pul yüklədim. Çek çıxdı, heç bir problem olmadan pul yükləndi məbləğ də çekdə düzgün yazılıb. Amma karta yetərincə pul yükləməyimə rəğmən sayt sifarişimi “yetərli məbləğdə pul yoxdur” adı ilə qəbul etmədi. Pul hesaba yatmamış filan ola bilərmi?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
1
Əgər pulu monitorda yükləmisizcə gecikmələr olur yox əgər kassaya yaxınlaşıb karta pul qoymusuzsa onda dərhal pul balansa oturur.
0
Bəli, monitorla. Təşəkkür edirəm, diqqətiniz üçün.
1
Hec bir halda derhal oturmur hesaba. Yüklediyin gün iş saatının sonunda hesabınıza oturacaq narahat olmuyun
0
Ümid edirəm, bu gün yüklənmiş olar artıq. Təşəkkürlər
0
Sahib bəy Access bankın Classic kartından artıq 6 ildi istifadə edirəm, kassaya pulu qoyub eve gedib derhal ödəniş etmişəm (Paypal vasitəsilə) neçə dəfə, bankdan evə 10 dəqiqəlik yoldur. Hətda pulu kassadan balansa qoyub gedib bankomatda balansımdakı məbləğidə öyrənmişəm. Odur ki, pul balansa dərhal oturur. Ancaq manitordan istifadə edəndə çox təəssüf ki, belə olmur.
0
Təəssüf ki, monitorla :/
Sual verin
Cavab verin