Salam. Öncədən gözəl proyektə görə təşəkkürlər. Sualım budur ki, mən 21 noyabr tarixində ebay’dan flashcard sifariş vermişəm. Və həmən də ödəniş etmişəm. Satıcı da mənə müsbət feedback göndərmişdi, bundan əlavə mənə sifarişin təsdiqi barədə hesab-faktura da gelib. Amma indi girib baxiram ki, “Purchases” bölməsində həmin məhsul yoxdur. Üstəlik həmin məhsulun nömrəsini yazıb axtarış verəndə, yazılır ki, məhsul tapılmadı. Bank hesabıma da baxdım, həmin sifarişin pulu çıxılıb. Sizcə problem nədədir və nə etməliyəm?
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
2
Qorxulacaq bir şey yoxdu. Həmin item satılıb deyə satıcı silib çox güman ki.
2
Və ya siz təsadüfən bəlkə hide etmisiniz itemi. Archive bölməsinə baxın.
1
Lütfən sualı yazarkən qaydalara riayət edin, belə olanda məcburən suallarınızı silirik. Sualı ingilis yox, Azərbaycan əlifbasında yazmaq lazımdır, suala artıq cavab verildiyi üçün bu dəfə silmədik, redaktə edib düzəltdik.
Qaldı suala, purchase bölməsində SHİPPED düyməsi aktiv idimi? Yəni mal yola salınmışdımı? Əgər salınsaydı gələcək idi təbii ki. Salınmayıbsa, ola bilər ki ebay həmin satıcının üzvlüyünü ləğv edib. Əgər ləğv edibsə sizin pulunuz geri qaytarılacaq.(33 gün çəkə bilər) Daha dəqiq məlumat üçün ebayın əlaqə bölməsinə yaza bilərsiniz.
Hər bir halda siz pulunuzu geri ala biləcəksiniz, yəni bu barədə narahat olmayın.
Cavablandırığınız üçün təşəkkürlər. Mən archive bölməsinə də baxdım, amma orda da yoxdur. Sanki, ümumiyyətlə o məhsul yoxa çıxıb.
Sual verin
Cavab verin