Salam dostlar. Məni maraqlandıran bir neçə sual olacaq. Cavablandırsaz minnətdar olaram. Deyək ki, mən hosting aldım və bir müddət sonra saytımda istifadəçi çoxaldı. Saytda da qeyd olunduğu kimi istifadəçi çoxalanda saytın normal işləməsi üçün VPS yada VDS-ə köçmək lazımdı. İndi sualım belədir?
1. Nə üçün VPS yada VDS-ə keçirik?
2. VPS/VDS-i əvəz edəcək hosting yoxdurmu?
3. VPS/VDS-də cpanel bölməsi olurmu? hostingdəki faylları necə köçürə bilərəm?
4. Qiymət baxımından münasib, keyfiyyətli VPS/VDS firması hansıdır?
5. Təxminən günlük neçə istifadəçidən sonra hosting dəyişmək məsləhətlidir?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
5
1. Çünki VDS virtual serverdir, virtual maşın verilir sizə, içində gücü çatan qədərində güclü parametrlərlə veb server qurursuz. Hostingdə isə hər şey hazır çox kiçik imkanlarla verilir. VDS-də isə özünüz ayarlayırsız, öz saytınızın tələbi nəyədirsə o parametri artıra bilərsiz, digərlərini azaıda bilərsiz, domen, ip filan bağlamaq öz əlinizdədir, istənilən qədər sayt yerləşdirə bilərsiz bir serverə, və.s. Hosting təkcə bir programlaşdırma dili və baza növünü dəstəkləyirsə, VDS-də istəsəz həm python, həm php, həm ruby qurun, nosql, mysql, postgre və.s. nə istəsəz paralel qurun.
2. Sual yanlışdır. Hosting hazır həlldir verilir, VDS isə quru server. Biri hazır veb sayt qurmaq istəyənlərçündür, biri isə əməliyyat sistemində hər şeyi(veb server, mail server, özü quranlar üçün. Sizə hosting lazımdırsa hər şeyi hazır, o halda yaxşı hosting axtarın, VDS yox.
3. Cpanel olmur, özünüz ala bilərsizniz, aylıq ödənişi 15$ olur səhv etmirəmsə. Hostingdə ona ayrıca ona görə pul vermirsiz ki hostingi satan bir dənə serverə bir cpaneli alır pulla, aylıq 15-20$ ödəyir, və bircə serveri 100-1000 hostingə bölür satır. Bu halda təbii ki müştərilərdən cpanel pulu almaq lazım olmur, çünki 1000 müştəridən pul alanda cpanelə verilən pul heç nə olur müqayisədə. VDS-də isə cpanel istəyirsizsə pulunu tək verməlisiz aylıq, VDS-in pulundan əlavə ha.
4. Hetzner.de və Digitalocean.com
5. O baxır hosting satana və saytınızın nə dərəcədə memory və cpu yeməsinə. Ortalama saytlar günlük 1000-2000i keçdikdə ortalama hostinglər artıq problem yaratmağa başlayır.
1
Ətraflı məlumata görə çox sağolun!
Sual verin
Cavab verin