Salamlar!
Mənim özümün onlayn alış-veriş saytım var. Məhsulların qiyməti isə yüksəkdir. 300-800 AZN arası. Mənə AzeriCard-a qoşulmaq heç sərf etmir. Çünki özümün qazancı 5 faizdir (maksimum 20 azn) hər məhsulda.
Amma mən özüm istənilən plastik kartdan istənilən vəsaiti öz hesabıma əlavə edə bilirəm. Bunu edəndə məndən faiz tutulmur. Mənim bankımın hesaba onlayn mədaxil xidməti var. İstənilən plastik kartdan öz hesabıma artım edə bilirəm… Bankım bu hesaba onlayn mədaxili AzeriCard-ın ödəniş sistemi ilə yerinə yetirir.
SUAL:
PHP və CURL-un köməkliyi ilə müştərilərin kartından hesabıma mədaxil etsəm, bunun üçün məhsuliyyətə cəlb oluna bilərəm?
Qeyd edim ki, AzeriCard-ın saytından “Xidmətdən istifadə qaydaları” və ya “Qadağalar” deyə bir səhifə yoxdur.
Bunu da yazmaq istərdim ki, Amazon, Apple və digər saytlar da CURL ilə harasa sorğu göndərib kartları charge edirlər.
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
0
Salam. Özünüz etməniz məsləhət deyil, əməliyyat özü bank problem yaratmirsa (blok edilən məbləği şübhəli kimi saxlamırsa) qanunsuz deyil, amma başqa şeyde problem ola bilər. Kimsə sizar serverinize və ya yolda tranzaksiyalara, kart məlumatlarını götürər, o halda məsuliyyət sizin boynunuza düşür. Ona görə də belə kustar curl ilə etmək məsləhət deyil. Backend səviyyədə bu tip həll üçün authorise.net saytı var, maraqlanın bir. Bu da alinmasa ya gərək özünüz prosesing acasiz, secure sertifikatlarla zadla, ya da malın qiymətinə əlavə edəsiz azericard 1%i
0
Sadəcə bankın bir dənə qaydası var:
Əməliyyatlar saat 18:00-dan sonra və qeyri-iş günləri aparıldıqda, vəsaitlər hesaba növbəti gün mədaxil olunur. Yazdığın sayta da baxdım… 2.9 faiz tutulur orda. Axı AzeriCard 1 faiz tutmur. AzeriCard-ın xidmət göstərdiyi banklarda 2 faiz, MilliKart-da isə 3 faiz.
0
O bankın faizidir, azericard özü bir faizdir. Siz özünüz birbaşa tutsaz da bank öz faizini göturecek.
0
Xeyr, heç bir faiz tutulmur. Bankın Azericard-la kontraktı var. Heç bir faiz tutulmur.
0
Çoxbank tutur çoxusu tutmur. Bankdan aslıdı məncə.
0
Sualım kimossionla bağlı deyil. Əgər mən yuxarıda yazdıqlarımı etsəm məhsuliyyətə cəlb oluna bilərəm?
0
Onu bankla danışmaq lazımdır. Hər bir haıda bankla razılaşmalısız. Tutalım faiz tutmadı sonra bank belə bir model olduğunu biləndə sizin hesabı blok edəcək pulları da refund edəcək onda daha pis olacaq. Məsuliyyət məsələsi isə yenə də bankla danışılmalıdır. Ki bu özbaşına qeyri leqal işdir ya yox. Odur ki bütün hallarda öncə bankla danışmaq lazımdır.
0
Bes bu isde vergi nece olacaq?
1
Vergi məncə problem olmaz bu işdə, çünki vergi satış qiymətinin yox, gəlirin 4%-idir, o da ki sərfəlifir(dünya ölkələrinin əksərində vergilər hədsiz yüksəkdir, 4% çox güzəştli rəqəmdir)
0
vergiye qowulmuw hesaba medaxil edecem. amma azericard-a 3 faiz vermeyecem :3 vermeyecem :3
Sual verin
Cavab verin