Salamlar! Bu gün sizinlə PHP ilə bu günün valyta dəyərlərini əldə etməyi öyrədəcəm. Valyuta dəyərlərini array formasında əldə edəcəyik. Beləliklədə siz öz tətbiqi proqramlarınızda asanlıqla istifadə edə biləcəksiniz!
Kodlaşdırmağa başlayırıq… İlk öncə PHP proqramımızın əsas hissəsini yaradırıq:
<?php $xml = simplexml_load_file("http://cbar.az/currencies/" .date ("d.m.Y").".xml"); foreach($xml->ValType[1]->Valute as $key=>$value){ $attr = $value->attributes(); $value = (array)$value->Value; $valyuta[''.$attr["Code"].''] = $value[0]; }
İndi isə hansı valyutanı əldə etmək istəyirik onun kodunu (USD, TRY, AED və s.) yazırıq… Misal üçün dolların bu günkü məzənnəsini əldə etmək istəyirik:
$dollar = $valyuta['USD']; echo $dollar;
Və ya avronun məzənnəsini əldə etmək istəyirik:
$euro = $valyuta['EUR']; echo $euro;
Əgər bütün valyutaların məzənnəsini əldə etmək istəsəniz onda array-da olan məlumatarı göstərmək lazımdır:
ksort($valyuta); print_r($valyuta);
Nəticə aşağıdakı kimi olacaq:
Array ( [AED] => 0.2855 [ARS] => 0.1193 [AUD] => 0.8107 [BRL] => 0.3266 [BYR] => 0.0070 [CAD] => 0.8314 ......... [USD] => 1.0486 [UZS] => 0.0423 [ZAR] => 0.0865 )
Beləliklə biz istəsək $valyuta dəyişənini foreach() ilə istədiyimiz cür istifadəçiyə çatdıra biləcəyik…