Salam. Azərbaycan dilində olan sayta google adsense alternativi hansi sistemləri qoşa bilərəm?
Adsense qəbul etmir (sayt azərbaycan dilində olduğuna görə). Alternativlər bilirsinizsə xahiş edirəm, yazın. Əvvəlcədən təşəkkür edirəm.
Salam. Azərbaycan dilində olan sayta google adsense alternativi hansi sistemləri qoşa bilərəm?
Adsense qəbul etmir (sayt azərbaycan dilində olduğuna görə). Alternativlər bilirsinizsə xahiş edirəm, yazın. Əvvəlcədən təşəkkür edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
1
http://cavablar.net/2014/12/11/google-adsense-alternativl%C9%99ri/#.VZEhz7xdNn0
http://cavablar.net/2014/08/09/adsensey%C9%99-alternatif-sayt/#.VZEh17xdNn0
və.s.
Qısaca layiqli alternativ yoxdur, axtarmayın.
Əvəzində saytın trafikini qaldırıb yerli reklam agentlikləri ilə birbaşa əlaqə yaradın, sizə reklam versinlər(günlük heç olmasa 5-10 min unikal giriş olsun. Təbii ki, çat mat, falabaxma, kliplər filan kimi varez və ucuz şeylərdən ibarər sayt deyilsə təbii ki.)
0
hansı reklam agentlikləri məsləhətlidi? Nə qədər pul verirlər?
1
fərdi əlaqə saxlamaq lazımdır. new media var, netant var və.s.
0
xeyir, çat-mat deyil 🙂 həyat yoldaşımçün wordpress-də düzəltmişəm, blog yazır özüyçün hamiləlik və uşağa qulluq haqqında. Hazırda gündəlik unikal giriş 2-3 civarındadır.. ok, minnətdaram hər halda cavabınız üçün
1
Əla, xeyirli olsun. Birbaşa reklam agentlikləri ilə əlaqə saxlayın trafik 1000+dursa. niyə 10min+ yox min+ deyirəm, çünki bu tematik saytdır deyə burda olan 1000 nəfər xəbər saytlarındakı 10mindən daha sərfəlidir reklam üçün, çünki tematik saytdır.
Uşaq bezləri, uşaq geyimləri, qadın məsləhətxanaları, psixoloq, klinika və.s. mövzuda xeyli reklam cəlb etmək olar. Reklam agentliklərini search edin google-da , birbaşa saxlayın. Amma ən əsas şərt odur ki, sabit normal auditoriya olsun, sonra reklam axtarmaq lazım, yoxsa sayt yaradan kimi hələ heç kim girməyə girməyə reklam qəbulu təklif edib saytı gözdən almaq düzgün olmaz
0
Azərbaycanda ən etibarlısı , ən gəlirlisi YAYİMLA.AZ -dır. Mən istifadə edirəm, adsenden dəfələrlə çox pul çıxartmışam. Aylıq ortalama 100 azn gəlir olur. 5 ay ərzində 480 azn çıxartmışam. Adsens prinsipində işləyir (hər klikə görə gəlir)
1
o da yuxarıda adını çəkdiyim netant şirkətinə məxsusdur. hələ ki tutmuş saymaq olmaz. ola bilər ki zərərə işləsinlər. yeganə üstünlükləri odur ki, reklam şirkətidirlər, köhnə müştəriləri çoxdur. yoxsa ki bu yöndə indiyədək azı 10 sayt olub, hamısı da batıb. ümid bunlaradır bəlkə nəsə çıxa. o da 1 ilə zada bilinəcək
0
Təşəkkürlər, düzünü deyim bu qədər cavab gözləmirdim 🙂 məni məlumatlandırdığınız üçün təşəkkür edirəm. Yuxarıda cavablarımın birində sayta ziyarətçi sayını səhf qeyd etmişəm, 2-3 deyil, 2-3 min pageview-dur. Unique visitors hardsa günə 2-3 yüz civarında olur. İndi üstünlüyü vermişik hələki facebook səhifəsinin inkişafına, çünki əsas trafik elə ordan gəlir.
Sual verin
Cavab verin