From.ae bestel notbuk

salam .
Besteldən olan bu notbuku
yoxsa
From.ae-dən bu notbuku
alım.
Bestel: http://az.bestel.az/HP-ProBook-450-G2-i5/p/3681
from.ae: https://from.ae/en/hp-450-g2-intel-core-i5-8gb-1tb-2gb-15-6-win-8-1
Eyni notbuklardı
sadəcə GHZ fərqlidir. From-da 1.7 Ghz, bestel 2.7 Ghz-dir. Hardan almağı məsləhət görərdiz?
Təşəkkürlər.


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(11:27, 10/07/2015 ) #56645

Salam, baxmayaraq ki, takt tezlikləri fərqli göstərilib (1.7GHz və 2.7GHz), əslində eyni noutbuklardır. Məsələ burasındadır ki, müasir noutbuklarda takt tezliyi iki cür göstərilir, adi takt tezliyi (əsasən enerjiyə qənaət üçün istifadə edilir) və TurboBoost tezlik (burada artıq noutbuk bütün var “gücü” ilə işləyir)… Normalda prosessor belə göstərilir: Intel Core i5-4210U 1.7 GHz (TurboBoost 2.7 GHz)… Ancaq Bestel burada bir reklam “fırıldağı” (yəni əslində fırıldaq da demək düz olmaz!) edib, from.ae isə məlumatı tam olaraq göstərməyib, buna görə Bestelin yerləşdiridiyi noutbuk gözünüzdə daha üstün görünür, halbuki, tamamilə eyni noutbuklardır, təkrar edirəm TAMAMİLƏ EYNİ… Kimdən soruşsanız, Intel Core i5-4210U prosessorunun tezliyi nədir, Sizə bu cavabı verəcəklər: 1.7 GHz (up to TurboBoost 2.7 GHz).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:12, 10/07/2015 ) #56662

Yəni eyni parametrlərdi. Sadəcə müxtəlif formalarda yazılır.Amma funksiyaca eynidir. Düzgün başa düşdüm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:00, 10/07/2015 ) #56665

Bəli

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:57, 10/07/2015 ) #56669

Çox sagolun. Başqa cavab yoxdu?)
Besteldə 980 mandı
Amma from təxmini 600
Yəni from daha əlverişlidir.
From məsləhətlidi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:27, 11/07/2015 ) #56670

    Ucuz olmağına from.ae ucuzdur, keyfiyyətə gəldikdə 100% olmasa da, 80-90% əminəm ki, keyfiyyətli mallar olur saytda… Ən azı özüm vaxtı ilə Note 3 almışam oradan və hələ də şikayətsiz istifadə edirəm. Amma o vaxt gömrükdə problemlər yox idi, mən telefon alandan sonra (yadınızda olar bəlkə) bir ara gömrükdə gətirilən texnikalarla bağlı nəsə dəyişikliklər oldu, tam olaraq bilmirəm gömrükdə nə dəyişdi, nə yox, sonra qeydiyyatın qiyməti qalxdı oldu hüquqi şəxslərə 20 qəpik, fiziki şəxslərə 5 AZN, halbuki, mən alanda qeydiyyat pulsuz idi. Amma bir halda ki, sayt gətirib çıxaracağına əmindirsə, yəqin ki, mal gömrükdə ilişməyəcək. Hər halda cəhd etməyinə dəyər, duran yerdə 200-300 AZN niyə artıq ödəyəsiniz ki?! Həmin pula əlavə RAM və ya HDD (və yaxud digər aksessuar) alıb, noutbuku təkmilləşdirmək olar, düz demirəm? Bəri başdan qorxuya düşüb, Besteldən alsanız, bir dostunuz da o yandan çıxıb desə ki, from.ae-dən problemsiz filan texnika aldım, onda Siz həmin 200-300 AZNdən əlavə mənəvi zərbə də alacaqsınız 🙂 Onsuz da istənilən halda malı ala bilməsəniz, pulunuz geri qaytarılacaq. Düşünməyə dəyər, əgər from.ae-dən alası olsanız, inşAllah nəticəni də bura qeyd edərsiniz, biz də bilərik ki, gömrüyümüzdə texnikalara qarşı mövcud vəziyyət nə yerdədir 😉

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:25, 11/07/2015 ) #56678

      Öyrəndim. əgər min (1000) man keçmirsə gömrükdə problem yoxdu. Sonda kefiyyətə etibarb edə bilirəm. Razısız?
      Sadəcə yenədə 1.7 ghz narahat edir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:02, 12/07/2015 ) #56707

Şükran, qardaş, dünyanın hər yerində Intel Core i5-4210U 1.7 GHz (upto TurboBoost 2.7 GHz)dir 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:58, 12/07/2015 ) #56710

    Çox sagol 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (70 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (138 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026