Salam. WordPress də Admin panelde olan səhifələri necə gizlədə bilərəm? Həmçinin bəzi page template ləri.
Məsələn 2 dənə page template var məndə yaratmışam.
All news
News
burda admin paneldən səhifə əlavə edəndə istifadəçiyə lazım olan yalnız news page template ola bilər deyə istəmirəm ki o biri page template lər də görünsün caş baş salmasın. Eləcə də səhifələrin özləri.
All news adlı səhifə varsa bu yalnız 1 dənə ola bilər saytda və onu da özüm əlavə etmişəm istəmirəm ki user səhifələrin siyahısında görsün həmən bəzi səhifələri. Bu kimi şeyləri necə həll edə bilərəm ?
Təşəkkür edirəm.






Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Çox sadə. admin_footer actionuna
echo '<style>#menu-posts-POSTUN_TIPI {display:none}</style>';verin getsin.
0
Tesekkurler cavaba gore. Bu vatiant yaxsi variantdi hemde sade. ama ki bele edende bezi kicik problemer cixir. Meselen sehifelerde pagination tutaq ki 10 sehife varsa men 4 denesin bu yolla gizletmisemse pagination duzgun islemir. ve ya umumi sehifelerin sayini 10 gosterirse iceri girende 6 sehife olur. bunu basqa hansi ki database yolu ile gizletmek olmaz? query result qayidandan sonra page objectde hemen sehifeleri unset etmek ? yeni css den bawqa hansi yolla mumkundu bu?
1
aaa mən ümumiyyətlə başqa şey başa düşmüşəm. Elə bildim deyirsiz ki xüsusi post type var admində menyuda görünməməsini istəyirəm.
bununçün query-yə müdaxilə etmək lazımdır. functions.php-yə yazın:
if (is_admin()){ add_action( 'pre_get_posts', 'gizlet' ); function gizlet( $query ) { $query->set( 'post__not_in', array( 1003,1004)) ; } }Kodda 1003, 1004 gizlədiləsi səhifə İD-ləridir.
Vəssalam
Sual verin
Cavab verin