Sayt barədə tez-tez verilən suallar

Çox sadə. Sayta daxil olduqdan sonra sağ sütundakı hesaba daxil olma(loqin-parol) bölməsindən hesaba daxil olursunuz. Əgər hesabınız yoxdursa elə həmin bölmədəki qeydiyyat keçidindən istifadə edib bir neçə saniyə ərzində hesab əldə edirsiniz və yaxud sadəcə olaraq orada olan Facebook Connect düyməsinə sıxıb Facebook hesab vasitəsilə sayta daxil olursunuz. Hesab əldə etdikdən sonra hesaba daxil olub saytda orta hissədə yerləşən SUAL VER bölməsindən sualı sayta yerləşdirirsiniz. Sualı qaydalara uyğun yerləşdirmək zəruri şərtdir.

Bunu da çox sadə yolla etmək olar. Sayta daxil olduqdan sonra hesaba daxil olmadan belə saytın sağ hissəsində axtarış bölməsi nəzərinizi cəlb edəcək. Google texnologiyaları ilə işləyən bu axtarış bölməsi sizin sualınızı təkcə açar sözə görə yox, cümlə şəklində başa düşüb sizə cavabları göstərmək imkanındadır. Məsələn gəlin yoxlayaq, tutaq ki siz ebay ilə yeni tanışsınız və oradan nəsə sifariş vermək istəyirsiniz. O halda axtarış bölməsində bu cümləni yazın: “Ebaydan necə məhsul alım?” Və sayt sizə çox effektiv cavablar təqdim etmiş olacaq. Ona görə də məsləhətdir ki, sualı vermədən öncə sualı qısa cümlə(başlıq) şəklində saytın axtarış bölməsindən soruşun. Qaneedici cavab olmadıqda sualı sayta yerləşdirin.

Birbaşa reklam, xeyr olmaz.
Amma əgər verilən sualda hansısa mövzu üzrə sayt və ya mənbə axtarılırsa və cavab
kimi hər hansı saytın adı deyilirsə, bu reklam hesab edilmir.
Sadəcə cavabda yazmaq ki, bizim sayt yaxşıdır, bura daxil olun, əlbəttə
birbaşa reklam sayılır və elə cavablar aşkar ediləndə silinir.

Sual və cavab daxil edərkən sadə mətndən əlavə olaraq qalın mətn, internetdə hər hansı saytda olan şəkil və hiperlink HTML teqlərindən də istifadə edə bilərsiniz. Məsələn aşağıdakı kimi sual-cavab daxil edək. Sual belə olsun:

Salam. <strong>Cavablar.net</strong> saytının twitter hesabı varmı?

Bu halda görünüş belə olacaq:
Salam. Cavablar.net saytının twitter hesabı varmı?

Cavabsa belə olsun:

Salam.
<img src="http://cavablar.net/wp-content/uploads/2011/09/loqo1.png" alt="" width="200" />

Bəli var. <a href="http://twitter.com/cavablar">Buradan</a> baxa bilərsiniz.

Bu halda cavab bu formada görünmüş olacaq.
Salam.

Bəli var. Buradan baxa bilərsiniz.

Bunun üçün çoxlu köməkçi saytlar var. Məsələn http://imgur.com/ daxil olun şəkli kompüterinizdən oraya upload edin, sonra şəklin ünvanını(DİRECT LİNK) sualın daxilinə yazın.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Zaur Abbasov cavab verdi - ATM-lərdə dollar nağdlaşdırmaq (14 saat əvvəl)

E. Hacı cavab verdi - ATM-lərdə dollar nağdlaşdırmaq (1 gün əvvəl)

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (38 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (38 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (43 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (56 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (73 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (89 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (89 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (89 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (108 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (124 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (125 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (141 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (184 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026