salam. mən facebookda saytın linkini qoyuram onun title-ı və şəkli bir də descriptonı düşmür sizcə nədən olar?vakansiyaları paylaşıram düşür ama.
məsələ http://www.bolkadr.com/vacancy/159-%C4%B0dar%C9%99edici-informasiya-sisteml%C9%99ri-%C5%9F%C3%B6b%C9%99si-ba%C5%9F-m%C3%BCt%C9%99x%C9%99ssis/ bu link açılır facebookda paylaşanda amma bu biri açmır
http://www.bolkadr.com/articles/bolkadr-yeni-xidm%C9%99tini-istifad%C9%99y%C9%99-verdi-cv-dizaynlar%C4%B1-pdf-format%C4%B1nda-y%C3%BCkl%C9%99m%C9%99l%C9%99r/
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
1
OpenGraph metalardan istifadə edin. Əgər saytınız CMS-dirsə, hazır pluginlər var, open graph yazsaz tapılacaq. Yox əgər saytınız sıfırdan yığılmadırsa, o halda saytın meta hissəsində elə bir kod yazmanız lazımdır ki hər səhifəyə uyğun opengraph meta yaratsın. Vəssalam.
0
meta var axı saytın linkini elə sualımda yazmışam linkə girib source edib baxın
1
Sualı vermədən öncə var idisə suala əlavə etməniz lazım idi ki OG var.
OG varsa və düşmürsə bunun əsas səbəbi o ola bilər ki, FB cache olub link. Yeni məqalə olanda da yoxlayın, düşəcək şəkil.
0
link qoymuşam girib yoxlamaq 2 saniyə vaxt alacaqdı ) yeni məqalələri də yoxlamışam test üçün yaradıram yenə düşmür
0
Riyaziyyatda bir önəmli fundamental məntiq var: Problemin həllinin yarısı onu düzgün təsvir etməkdir. Siz opengraph haqqında heç nə yazmadan sualı yazmısınız. Link yoxlamaq cavab verəni əlavə əziyyətə salmaqdır, üstəlik mobil və ya planşetdən cavab verənlər də var, bunu da unutmaq olmaz. Orada source koda açıb baxası deyil ki. Sual verən bir az əziyyət çəkib sualı tam verməlidir.
Debug elədim sizin saytı:
Problem 1: OG title düzgün deyil, urldecode edin onu.
Problem 2: Görünməyən səhifələrdəki og image belə meta üçün çox kiçikdir, ikon boyda sayt logosudur, onu böyük bir şəkillə əvəz edin.
Sonra bir də yoxlayın.
Sual verin
Cavab verin