Salam. Bildiyiniz kimi myadmində parollar şifrələnmiş formada yazılır. Deyək ki, 123456 parolu myadmində f1f8b336fe1a4323fb18b00e57054973 şəklində görsənir. Problem ondan ibarətdir ki, login.php 123456 parolunu düzgün qəbul etmək əvəzinə myadmində olan şifrələnmiş parolu düzgün qəbul edir.
Əvvəlcədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
$parol dəyişənini md5() elə
0
Üzr istəyirəm, proqramlaşdırmadan anlayışım yoxdur. Əgər mümkündürsə, aşağıdakı kodun üzərində görsədərdiniz. Saytın öz login səhifəsi normal işləyir. Bu login flaş üçün lazımdır.
0
Kod anlayışı olmadığı halda kod üzərində işləmək nə dərəcədə düzgündür? Ya bu işi bilmək lazım, ya da bilənə həvalə etmək lazım. İşi bilən adam bu tip sual verəndə ona verilən cavaba uyğun artıq dəqiq bilir ki neynəmək lazımdır. Əks halda bunu düzəltsə belə növbəti oxşar problemdə yenə ilişmə olur. Odur ki, məncə ya öyrənmək lazım, ya da bilənə həvalə etmək lazım, əks halda problemlər bitməyəcək ki bitməyəcək 🙂
0
Cavabladığınız üçün təşəkküllər.
Bəs php öyrənə biləcəyim bir sayt var və ya bunu internetdən oxuyaraq öyrənmək mümkündürmü?
0
phpmyadmindən gedir söhbət? Siz bazaya nə yazmısınızsa o olduğu kimi göstərir. Siz 123456 yazsanız, o kriptə olunmuş kimi görsətməyəcək xeyr. Əgər göstərirsə deməli sizin kodda həll olunub bu. Kodunuza nəzər salın görün bazaya insert olunan kodda $parol dəyişəni hansı əməliyyata uğrayıb? İlk ağla gələn md5-dir, amma ola bilər 2qat md5 olsun və ya üstünə hər hansı başqa sətir əlavə edilib sonra md5 edilsin və.s. Bir sözlə insert olunan hissəyə baxın, ordakı əməliyyatı logində də tətbiq edin
Sual verin
Cavab verin