Salam,dostlar.Mən hələ ki ancaq HTML&CSS’i bilirəm..PHP’ni öyrənmək istəyirəm,belə ki,istifadəçilərin qeydiyyatdan keçə biləcəyi,like edə biləcəyi,komment yaza biləcəyi və s. bu kimi funksiyaları özündə camləşdirən bir sayt düzüb-qoşmaq istəyirəm..Amma vaxtım çox deyil,hansı mənbəyə girirəmsə də,uzun-uzadı şeylərdi,mənə lazım olanların heç adı da çəkilmir..Mənə haranı məsləhət görərdiz ki,PHP’ni normal öyrənə bilim?ps ingiliscə olmasının fərqi yoxdur..
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
3
Proqramlaşdırma dili öyrənmək məhz uzun uzadı prosesdir. Boşuna axtarmayın, elə bir sehrli mənbə yoxdur.
Ən effektiv yer w3schools.com-dur. 1-2 həftəyə başlanğıc şeyləri normal öyrənmək olar. Ondan sonra advanced biliklər üçün isə aylar və illər lazım olacaq.
0
yox e,bilirsiz, HTML’in birinci əsasını öyrənmişdim,sonra qarşıma çıxan hər saytın mənbə kodlarına baxa-baxa,”oğruya-oğruya”,bir az da öyrəndim,ən axırda isə w3schools’a qayıdaraq “adam kimi” HTML’i qaydalar ilə öyrənib qurtardım.. 🙂 elə CSS’də elə.. PHP isə görünür ,başqa cürdü..Bilmirəm,mən çox diqqət eləmirəm,ya nə,amma heç belə bir şey görməmişəm ki,yazılsın”phpdə qeydiyyatdan keçmək funksiyası,phpdə like funksiyası və s.” hamısı terminlər kimi bir dildə yazılıb,mənim isə vaxtım azdı..
1
Salam
Çünki elə funksiyalar yoxdu 🙂 O dediyiniz şeylər bir neçə mövzunu əhatə edir yəni bir neçə mövzunu bir yerdə işlətməklə qeydiyyat like və s. yaradılır. O mövzuların isə hər birin ayrı-ayrılıqda öyrənmək lazımdı. 0-dan başlayın öyrənməyə öyrəndikcə yavaş-yavaş başa düşəssiz dediyiniz şeylər necə yaradılır.
2
php user register tutorial/function http://code.tutsplus.com/tutorials/user-membership-with-php–net-1523
star rating php function http://code.tutsplus.com/tutorials/building-a-5-star-rating-system-with-jquery-ajax-and-php–net-11541
bu kimi tutoriallar http://code.tutsplus.com/ saytında çox olur. belə dərsliklər üçün bu tipli saytları izləməlisiz. habrahabr.ru da yaxşıdır.
3
Əleykim. Bu şeyləri sıfırdan yığmaq istəyirsənsə səbr edib öyrənməlisənş Şəxsən mən öyrənənsə o qədər əsəb olurdumki işləmiyəndə. amma sırf işlədirdim. Heçvaxt atmırdım. İlk öncə məqsədli ol tez bezmə hər şeydən. Bir öyrəncinin ən yaxşı dostu googledir. Googledən öyrən hər şeyi. Tapacan.
1
Yardım eləmək istəyən hər kəsə çox sağ ol deyirəm..
Sual verin
Cavab verin