Mp3 və müəlliflik hüquqları

Salam internetde bütün mahnilar free download üçün nezerde tutulmusdur. Yeni ki hansı saytdan isteyiremse bunlari pulsuz yukleye bilərəm.Hetta o mahnilari kim necə isteyir deyisir,ad yazır və s elaveler edir.
Yeniki məndə istesem bunlari ayri-ayri yerlerde yerlesdire bilərəm?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(10:52, 17/01/2016 ) #60883

İnternetdə müəllifinin ölümündən 70 və daha çox il keçmiş qədim mahnılar və kiçik istisna ilə təzə mahnılar olmaqla bildiyiniz bütün mp3-lərin yükləməyə çıxarılması tamamilə qanunsuzdur. Çünki bu birbaşa oğurluq əməli sayılır. İnkişaf etmiş ölkələrdə bunu edənləri sözsüz şübhəsiz birbaşa həbs, yükləyənləri isə böyük miqdarda pul cəriməsi gözləyir.
İT üzrə qanunvericiliyi inkişaf etməyən bizim kimi ölkələrdə isə hələ ki sabit cəza mexanizmi yoxdur buna görə, amma ən uzağı 1-2 ilə olacaq.
Başqasının mülkü ilə sayt açmaq, dolayı pul qazanmaq istəyi qanunsuzdur ona görə də belə cəzalar var xaricdə.

Yalnız dinləmək üçün olan bəzi saytlar var ki,(Youtube kimi) yükləmə düyməsinə malik deyil, ora yükləyənlər özləri məsuliyyət daşıyır və şkayət olarsa da dərhal silir. Amma hətta bunu belə çox görən ölkələr var, Almaniyada məsələn, youtube-dakı bütün mahnı olan videolar işləmir, qadağan edilib.

Mahnıları bir-bir almaq heç kimə sərf etmir deyə, qanuni həll kimi abunəliklə limitsiz dinləmə imkanının yaradılmasıdır. Bu halda həm musiqinin müəllifi olan şirkət qazanır, həm satan şirkət qazanır, həm də dinləyici bir-bir ödəniş etmir, sabit ödəniş etməklə nə istəsə dinləyir. Belə servislərə Spotify(Azərbaycanda işləmir), Apple Music(Azərbaycanda işləyir), Google Play Music(Azərbaycanda işləmir), Youtube Red(Azərbaycanda işləmir) və.s. ad çəkmək olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:06, 17/01/2016 ) #60884

    Tekce bizim deyilde rus saytlarida ve hetta ingilis saytlarida free download teklif edirler.Dunya uzre butun musiqileri yuklemek olur.
    Youtube geldikde ise milyonlarla baxis sayi olan musiqi videolari qoyulub ve gunu gunden artir.
    Azerbaycanda ise vezyet daha pisdir,Kim hansi adi isteyir,nomreni isteyir yazir mahniya,mahni oxuyan qalib bir qiraqda bunlar mahniya butun unvanlarini yazirlar. 🙂 (buna gorede Men bizim saytlardan istifade etmirem)
    Yeniki men rus saytlarindan(hansiki dunya uzre free download teklif eden)yuklediyim mahnilari basqa yerde bu cur paylasa bilerem?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:13, 17/01/2016 ) #60885

      Təbii ki, bilərsiniz, amma bunun qanun pozuntusu olduğunu bilərək edirsiniz və məsuliyyət də tamamilə sizin üzərinizə düşür. Sabah tutalım kimsə sizdən şikayət etsə, siz deyə bilməyəksiniz ki, hamı edir mən də edirəm, çünki hər kəs özünə cavabdehdir.
      Təkrar edirəm, bizdə buna görə hələ ki konkret cəza mexanizmi yoxdur, amma olacaq. Xaricdə isə birbaşa həbs var.
      Bir dənə də sayt deyə bilməzsiz ki, leqal qanuni fəaliyyət göstərir və mahnıları yükləməyə icazə verir. Bütün olanların hamısı bu qanunların inkişaf etmədiyi ölkələrdə yaradılan oğru-pirat saytlardır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:23, 17/01/2016 ) #60886

Tesekkur cavablariniza gore.
Birde sorusmaq istediyim odurki tutaqki bu qanun quvveye minse hemin saytlarin yaradicilari hebs oluna biler? veya men bunlari yukleyib paylasiram ve meni bele ceza gozleyir?Men bunlari mene teklif eden saytdan yuklemisem ve men hec bir mesuliyyet dasimiram
Birde bu saytlar butun dunya mahnilarini hardan tapir?SBir serverden

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:09, 18/01/2016 ) #60915

    Qanun keçmişə samil edilə bilmir heç bir halda. Yəni əgər qanun qəbul edilsə, o qəbul ediləndən sonra kim məşğul olsa bəli həbs də oluna bilər, böyük məbləğdə cərimə də.
    “Men bunlari mene teklif eden saytdan yuklemisem ve men hec bir mesuliyyet dasimiram”
    Təklif edən saytdan yükləmisiz – Yükləmək özü də qanun pozuntusudur.
    Sonra yaymağa başlamaq – bu artıq cinayət hesab edilə bilər. Fərq etmir haradan əldə etmisiz, sizə kim nə vəd edib.
    Musiqi bir məhsuldur və onu ərsəyə gətirmək üçün nə qədər pul xərclənib. O pulu da kim buraxıbsa, haqq ona məxsusdur. Başqa yayanlar, yükləyənlər oğurluq edənlər və onlarla əlbir olanlar sayılır. Təbii ki hələ ki xaricdə. Burada da belə hesab edilməsinə çox qalmayıb.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:24, 18/01/2016 ) #60916

      Elbette mende dusunduyum kimi.Yani qanun qebul edilenden sonra artiq bu emeller qanunu pozmus olur.
      Bu quvveye minse ve minenden evvelede samil olunsa eger onda gerek milyonlarla adam turmelere salina 🙂
      Cavablariniza gore tesekkur edirem qardas,Allah razi olsun

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (10 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (15 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024