Şimali Amerika və ya Avstraliyada məskunlaşmaq

Salam, dostlar.Mən Amerika,Kanada və ya Avstraliya kimi inkişaf etmiş ölkələrdən birinə yerləşmək, ora köç etmək və ən əsası iş tapmaq barəsində məlumat almaq istərdim.Məlumdur ki, bir çox həmyerlilərimiz xüsusi ilə də Amerikada məskulaşmış və özlərin deməy olar 0 dan həyat qurublar, lakin təəssüf ki, onların bir çoxu ilə online müzakirələr bəzi səbəblərdən (vaxt məhtudiyyəti, eqo və.s ) onlar tərəfdən çətin olur.Ona görə də xahiş edərdim ki, bu haqda məlumatı olanlar geniş məlumat yazardı.Əsasən bu Mövzular maraqlıdır: 1)Məlumdur ki o ölkələr bizim ali məktəblərin diplomların bir o qədərdə standartlara uyğun hesab etmir.İxtisasımıza (Human Resources) bir quş burdan 😀 2)Oralara sıfırdan həyat qurmaq məqsədi ilə gemək bizə hansı maneələr yaradır, yəni ora gedib müəyyən düzən qurana kimi nə edəcəyik? 😀 3) – a)Green card lotereyadırsa , o bəxt bizdə yoxdu. b)Köçkün kimi getməy bizə sərf etməz çünki ilk 2-3 ay ərzində (mümkün olsa daha tez) işləmək istəyirik, 5il gözləməklə onsuzda pas atmış bacarıqlarımızı birazda paslandırmaq istəmirik. XAHİŞ EDİRƏM Kİ, MƏNƏ MARAQLI OLAN İLK 2 SUALIMA VƏ 3 CÜ FİKRİMİN (C) BƏNDİNƏ BİR ŞEYLƏR YAZASINIZ. 🙂 TƏŞƏKKÜRLƏR !!!


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

(15:32, 20/01/2016 ) #60953

Salam
Menim fikrimce yad bir olkede 0 dan həyat qurmaq o halda mumkun olar ki,o olkede iw tapmaga yarayacaq ixtisas,diplom olsun,ingilis dilini,oranin pulunu ve s…bunlari bilmek lazimdir.
Her yerin oz cetinlikleri var….en yaxwisi tehsil almaq ucun gedin,tehsil aldiginiz muddetde orada yawamagin wertlerini de taniyarsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:40, 20/01/2016 ) #60955

    Çox sağolun cavabınız üçün amma xaricdə sıfırdan uğurlu yaşam quranların heç də hamısı təhsil arxasınca getdiyini fikirləşmirəm.Nəsə daha optimal bir yol olmalıdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:19, 04/02/2017 ) #67389

      duz deyirsiz,sirf tehsil ucun yox,islemek ucun de getmek olar,sadece hansisa bir sahe uzre is tecrubeniz,dil biliyiniz olmalidi.Men de getmek isteyirem.Gedenlere de ugurlar arzulayiram

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:46, 20/01/2016 ) #60956

bir misal göstərəcəm bilmirəm kim necə başa düşəcək
sizə bir youtube kanalı linki verəcəm
bu insan türkdür 15 ildir Almaniyada yaşayır və demək olar özünə sıfırdan şirkət qurub
özü tır şofiridir sadəcə onun videolarını izləyin və asand olun olmadığınıza özünüz qərar verin Uğurlar sizə
https://www.youtube.com/user/SUDLENDER976/featured

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:47, 21/01/2016 ) #60965

Əgər Ali təhsilisinizsə və yuxarıda göstərdiyiniz sahə üzrə ən azı 1 il iş təcrübəniz, bu iş üzrə sertifikatlarınız varsa Express Entry proqramına müraciyət edərək Kanadaya rahatlıqla gedə bilərsiz. Çünki Sizin sahəniz (peşəniz) bu proqram üzrə NOC 0 bölməsində yerləşir. Bu o deməkdir ki, şansınız çoxdur. Sadəcə sayta daxil olub neçə point yığdığınızı da hesablayın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:52, 21/01/2016 ) #60967

    Çox sağulun cavab üçün, Azərbaycan universitetlərinin diplomları oralarda tanınır?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:59, 21/01/2016 ) #60968

      Saytda ümumi bal (point) sistemində 340-dan yuxarı yığa bilirsizsə nəsə eləmək olar, ali təhsil bölməsində Azərbaycan universiteti kimi ayrıca bir bölmə yoxdu sadəcə qiymətləndirmədə bakalavr və ya magistr təhsili soruşulur. Sözsüz ki, Kanada təhsilinə daha çox önəm verilir. Əsas iş stajı , ielts sertifikatı (general) və Kanadanın özündən job offer almaqdı, bu barədə isə saytda ətraflı hər bir şey yazılıb.

      Digər bir üsul isə belədir, orada hər hansı bir kollecdə 2 il təhsil alıb, təhsil aldığınız sahə üzrə 3 il işləyib, daimi oturum alırsız. (Bunu ancaq Kanada da etmək olur) Ən gözəl üsul budur sadəcə 15 min dollara yaxın pulunuz olmalıdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:04, 21/01/2016 ) #60969

    Çox sağolun məlumatlar üçün

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:52, 21/01/2016 ) #60973

Ən sərfəlisi köçkün kimi getməkdi. Mənim bir qohumum İsveçə getdi 1il tamam olmamış orda restaranda işə girdi. Nəzərə alınki elə də savadlı adam deyildi, heç ali təhsilli də deyildi. İndi onun yaşayış tərzini görəndə… 🙂 getdiyiniz ölkənin dilini bildinizsə iş tapmaq asan olacaq. Hörmətli ölkələrdə işləməsəndə az çox hər ay maddi yardım olur ki vətəndaş normal yaşaya bilsin.
Düzdü diyəsən köçkün kimi ölkədən çıxanda burda ignor listə salırlar birdə bura buraxmırlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:01, 21/01/2016 ) #60976

    Ən sərfəlisi yox, ən sərfəsizi odur. Yəni ən son variant. Hansı ki adətən təhsilsiz və xüsusi bacarığı olmayanlar istifadə edir.(üstəlik qeyri leqal yollarla edirlər, yəqin bilirsiz)
    Hələ mən orada həmin statusla gedənlərə olan münasibəti demirəm. Hörmət əvəzinə mərhəmət, karantində saxlayıb 1-2 il tərbiyə vermək və.s. kimi alçaldıcı müamelelər. Kim belə münasibətdən məmnundursə, əlbəttə ki gedə bilər və gedir də.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:10, 23/01/2016 ) #61034

      Bilirsiz o qədər pis vəziyətdə qalan adam varki adicə günü 10-15manata fəhləlik işi tapa bilmir burda məcbur gedir. və getdiyimiz ölkəyə diqqətlə baxaq hansısa barbar ölkə yox deyərdimki dünyanın 10-15müasir mədəni ölkəsindən biri. İsveç Norveç. təəssüfki Dubay Qətər kimi ölkələr vətəndaşlıq vermir heç bir yolla yoxsa ora getmək olardı)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:58, 24/01/2016 ) #61058

    Mən dediyim rəftar elə ən inkişaf etmiş ölkələrdə olur. Həm də mən demədim ki, heç kim getməsin, kim istəyir gedir və öz işləridir. Sadəcə reallıq budur ki, ikinci dərəcəli hesab edilirlər və çox pis münasibət görürlər(pis münasibət söyülmək, döyülmək və.s. yox ha, yuxarıda dediyim kimi, insan yerinə qoyulmamaq, hörmət yox, mərhəmət görmək və.s.)
    Amma ixtisas üzrə peşəkar olaraq gedənlər, orada təhsil alıb qalanlar isə cəmiyyətin tam hüquqlu üzvü olurlar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:37, 24/01/2016 ) #61077

Almaniya Amerika Rusiya desəniz deyərəm hə bu ölkələr özlərin sevəndi, millətçidirlər.
İnanınki Siz də böyük xərcə girib iş qursanız və 1-2 “məmura” görə ev eşiyinizi satmalı olsanız yəqinki ilk çıxış yolu kimi bu ölkədən qaçmağı düşünərsiz nə yolla olur olsun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (55 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (59 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (63 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (69 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024