güvənilən proqramlar

Salam
Sualim proqramistleredi.Sizce ən guvenilen,etibar edilen cleaner və security(antivirus)proqramlari hansilardi??
(uzdeniraq cm 360 security və clean master-den başqa)


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(16:10, 05/02/2016 ) #61364

Salam. İlk öncə qeyd edim ki sualın proqamistlik ilə heç bir əlaqəsi yoxdur.
Suala gəldikdə isə şəxsən mənə görə Android üçün istər antivirus istər cleaner yalnız və yalnız zərərli alətlərdir. Verdikləri xeyir şişirdilir, əslində xeyir vermirlər. Amma zərər konkret verirlər. Ona görə də ən yaxşı cleaner və antivirus onları işlətməmekdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:46, 05/02/2016 ) #61365

Salam
Android telefonlar virus götürmürlər, çünki Linux platformasında, Kernel əsasında ƏS yazılır(Düzdür, Linux üçün də viruslar yazılır, lakin yenədə gevənilir bir ƏS-dir). Ona görə əlavə proqram yükləndikdə, sadəcə keşlənmiş məlumatları təmizləyir və həmçinin telefonu yükləyir.
Kompüterlər üçün isə yaxşılarından biri əlbəttəki Kaspersky-dir, lakin bu da kompüterin sürətini azaldır, Avast antivirusu mənim fikrimcə güvənilir deyil. Advanced System Care antivirusuda məsləhətlidir, lakin RAM-ı çox istifadə edir. Yəni hər yaxşının bir mənfisi var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(07:20, 06/02/2016 ) #61369

Tesekkur cavablariniza gore amma android cihazlar virus goturmurler demek duzgun cixmazdi.
Meselen:pornclub virusu.Bu trojana qarsi hec bir antivirus yoxdu.Ayrica bunu getiren ele antivirus(360 security) ozudu. 🙂
Amma antivirussuzda qalmag olmaz axi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:01, 06/02/2016 ) #61370

Androidə antivirus və ya kliner yükləmək tamamilə mənasız işdir.
Virus istəmirsizsə antivirusdan da uzaq olun.
Linux sistemləri kifayət qədər təhlükəsiz sistemlərdir və istifadəçidən xəbərsiz proseslər baş vermir.
Zərərli proqram(virus zərərli proqram deməkdir elə, yəni xüsusi növ bir şey deyil.) istifadəçinin özü tərəfindən install edilməsə, heç bir antivirus Androidə düşə bilməz.
Bir sözlə təhlükəsiz və sürətli sistem istəyirsizsə antivirussuz və klinersiz sistem işlədin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:21, 06/02/2016 ) #61377

Telefona antivirus? Bu sual məni həmişə güldürüb. Mən stolüstü komp-u ilk aldığım gündən antivirussuz işlədirəm qaldıki telefona antivirus yazım)
Play market-dən yüklənən proqramlarda virus yoxdur, reklam var.
Siz tanımadığınız saytdan application yükləsəniz bəlkə virus düşər oda 100də 1ehtimal ( nə sayt gəldi proqram yükləyirəm telefona heç bir virus düşmür)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (70 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (138 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026