PC arxitekturalı smartfonlar

Salam. Məni aşağıdakı sual düşündürür və sizin də mövzu ilə bağlı fikirlərinizi örgənmək maraqlı olar.

Məsələ smatrfonlarda proqram tətbiqlərinin hazırlanması ilə bağlıdır. Bildiyim qədəri ilə androidə yalnız Java -da proqram yazmaq mümkündür, digər sistemlər də proqramlaşdırma üçün PC -lər kimi geniş imkanlar təqdim eləmir. Problemin kökündə isə smartfonların PC deyil embedded arxitekturalı olmasıdır. Bu isə uzun illər ərzində bir çox dillərin inkişafetmiş kompilyator və kitabxanalarını PC arxitekturasından embedded arxitekturasına köçürməyə imkan vermir.

Amma texnologiya da çox sürətlə inkişaf edir. Əgər yaxın gələcəkdə PC arxitekturalı smartfonlar yaradılsa onda asanlıqla PC -də işləyən əməliyyatlar sistemlərini smartfona yazmaq və problemsiz bütün PC proqramlarını smartfonda icra eləmək mümkün olar.

Sual budur:

1) Yaxın gələcəkdə smatrfonların PC arxitekturasını dəstəkləməsini nə dərəcədə gözləmək olar?

2) Əgər bu baş versə onda bu Google Play marketinə necə təsir edər və Google bunun baş verməməsinin qarşısını necə ala bilər?

(Qeyd eliyim ki Proqram təminatı nəhənglərinin kompüter arxitekturalarına müdaxiləsi daima mövcud olub. Misal üçün Microsoft PC arxitekturasının son buraxılışlarına bacardığı qədər müdaxilə edir, hətta artıq ACPİ protokolunun müəllifləri sırasında yer alır və onun PC arxitekturasını hansı istiqamətdə çəkməy niyyətini başa düşmək elə də çətin deyil. )

PS: Onu deyim ki, bu bir balaca mənim kimi tənbəllərə aiddir. Javanı örgənməyə həvəs yoxdu, gözləyirəm nə vaxt (tezliklə) smartfonlar PC arxitekturasın dəstəkləyəcək mən də rahat C/C++ -da istədiyim proqramı yazacam sevimli kompilyatorlar ilə (Gcc/VStudio) 🙂 .


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(19:07, 12/02/2016 ) #61477

Mənim fikrimcə əgər belə bir çey baş versə texnologiyada böyük bir çevriliş olar. Sizin birinci sualınıza dəqiq cavab verə bilmərəm amma deyə bilərəm ki, bunun olması mümükündür.

İkinci sualınıza gəlincə Mənim fikrimcə, Google bunun baş verməməsinin qarşısını almaz. Çünki, texnologiya şirkətləri yeniliklərdən qaçmağa deyil onları daha ağılla istifadə etməyə cəhd göstərirlər. Əgər belə bir şey olsa Google yəqin ki, bu yenilik üçün də nəisə yaradacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (40 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (70 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (138 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026