İstifadəçinin elektron poçtunun işlək olmasını necə müəyyənləşdirmək olar?

Salam. PHP proqramlaşdırma dilində abunə sistemi hazırlamışam. İşləmə sistemi aşağıdakı kimidir: yalnız qeydiyyatlı istifadəçilərə yeni dərs haqda məlumat hissə-hissə (cron vasitəsilə) göndəriləcək. İstənilən an istifadəçi öz profilindən abunəni dayandıra bilər. Bildirim ki, qeydiyyat zamanı istifadəçinin elektron poçtunun həqiqiliyini yoxlamaq üçün onun e-poçtuna link göndərilir. Əsas çətinlik ondan ibarətdir ki, gələcəkdə istifadəçi öz elektron poçtunu silsə, bu halda belə email “ölü” kimi nəzərə alınır və bu, kütləvi məlumat göndərilmə zamanı problemdir. Sual ondan ibarətdir ki, istifadəçi emailinin işlək olmasını necə müəyyən etmək olar?


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(17:41, 01/04/2016 ) #62487

Ölü dediyiniz mailə göndəriş zamanı sizin mail serverə cavab gəlir(mail delivery error), oradan rahat bilib dərhal çıxara bilərsiz o emaili siyahıdan. Bunu avtomatlaşdırmaq da olar (mən etmişdim bir dəfə) Cron səviyyədə root userin çalışdırdığı php-nin bütün serverə accessi olur, belədə rahatlıqla mail inbox folderinə nəzarət etmək olur, yəni oraya mail delivery gəlibsə içindəki maili php avtomatik müəyyən etsin hardasa bazaya zada insert etsin ki bu mail ölüb.
Başqa yol da var, hazır skriptlər var command line səviyyədə, ki başqa serverə ping kimi göndərib cavab alır, amma bunun adi mail göndərməkdən prinsipcə fərqi yoxdur, istənilən halda həmin mail serveri “narahat” etmiş olursuz. Burada önəmli olan odur ki, yanlış mailə yalnız bir dəfə nəsə göndərəsiz, ikinci dəfə cəhd olmasın. Bir dəfə yanlış mailə göndərməkdə heç bir problem yoxdur, mail server də bundan inciməz. Amma təkrar təkrar göndərmək, bəli problem yarada bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:08, 01/04/2016 ) #62490

    Sağ olun. Verilənlər bazasında uğurlu göndərişdən sonra is_send (flag) 1 qiymətini alır. İlkin qiymət 0-dır. Sizcə bu üsulla “ölü” e-mailləri müəyyənləşdirmək olar?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:26, 02/04/2016 ) #62493

      Anlamadım. Göndərmək hələ çatmaq demək deyil axı. Yəni bunu birbaşa mysql və php ilə bilmək olmaz. Yəni uğurlu göndəriş mailin düz olub olmaması haqqında heç nə demir.
      Ona görə də yuxarıda yazdığım metodlar lazımdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(06:42, 02/04/2016 ) #62499

Sağ olun. Tam başa düşdüm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026