Salam dostlar.Mənə Youtube şirkətləri haqqında ətraflı məlumat lazımdır.Mən Youtube kanalımı bağlamaq haqqında düşünürəm.Amma tərəddüddəyəm.Bəziləri ödəmələrdə problemin olduğunu dediyi halda bəziləri isə hər şeyin normal olduğunu deyir.Əvvəla kanalım haqqında məlumat verim.Sonra partner barədə suallarımı yazım.
1) Video sayı:—2200
2) Telif hakkı:–Yoxdur
3) Topluluk kuralları:–Yoxdur
4) 3 cü tərəf eşleşmesi:–Yoxdur
5)Abunə sayı:–17422
6)Son 28 gün ərzində qazanc,izlənmə,görüntülənmə,və s şəkildə qeyd edilib.Aylıq gəlir isə 300$ da olub,100$ da.
Parter haqqında bilmək istədiklərim.
1)Əvvəlcə bilmək istədiyim həqiqətən partnerə qoşulmaq sərfəlidirmi?Yəni adsensedən gəliri 2-3 qat artıqdırmı,?Ümumiyyətlə bu kanalımı riskə atmaq olar yoxsa başqa kanalı yönləndirim?
2)Sərfəlidirsə hansı etibarlı partner tanıyırsız,ödəmələri gecikdirməyən və s
3)Partner də Adsensə kimi minimum ödəniş 100$ olanda verir ya az olsa da?
4)Partnerdən istədiyim vaxt çıxıb adsensə qoşula bilərəmmi?
Daha geniş məlumat versəz sevinərəm.
Xahiş edirəm bu işlə məşğul olanlar cavab yazsın.Yəni şifahi eşidənlər yox.Çünki hər nə də olsa aylıq gəliri var.Yəni sizin məsləhətlərinizə müvafiq addım atacam.İstəmirəm səf addım atam
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
0
aleykum salam 2 ildi youtubede bu isle mesgulam,hemise adsense ile islemisem,amma videolar oz duzeltdiyiniz videolardisa yeni size mexsusdursa turk forumlardan bildiyime esasen hamisi bele kanallari partnere qosmagi meslehet gorurler , p.s reklam etmirem forum menim deyil amma size daha cox komek olacagi ucun bildirirem ytpara.com forumuna daxil olun ,orda bir cox partnerler haqda melumatlar var.ve onuda deyimki aldigim melumatlara esasen adsense partnerden daha cox qazandirir, 2-3 qat yox ,mueyyen qeder coxdu qazanci
0
Həmin forma baxmışam.Mən Azərnaycanda bu işlə məşğul olanlardan bilmək istəyirdim.Formdada həhəs bir spz deyir.Orda da partner çox qazandırır deyir.
4
Mən sizin bütün suallarınızı cavablandırıram. Həm dəqiq həm də ətraflı.
Bu kanalla Partnyora qoşulsanız yaxşıdır.
1) Partnyora qoşulmaq sərfəlidir. Çünki, həm baxış, həm abunə, artır. Bu da daha çox pul deməkdir. Onuda deyimki sizə aşağıda dediyim partnyorlar həm abunə sayına, həm baxış sayına, həm də çıxan reklamlara görə pul verir. Adsense isə ancaq çıxan reklamlara görə pul verir. Riskə atmaq deyəndə ki, baxır hansı partnyora qoşulursan.
2) Air.io, BBTV, kimi partnyorlar var. Mənim üçün partnyorların sıralaması belədir.
1) AİR; 2) BBTV; 3) Quizgroup; 4) PartnerVSP; 5) Zoomin
Təbii ki, mən bunları həm də Azərbaycana ödəmə edə bildikləri üçün yazmışam. Çünki, bəzi partnyorlar paypalla ödəniş edir. Azərbaycanda isə paypal işləmir. Amma bu partnyorlar Webmoney ilə ödəniş edir. Azərbaycanda isə Webmoney işləyir.
3) O baxır hansı partnyora girmisən. 1 dollar olan kimi ödəyənlərdə var 100 dollar olandan sonra ödəyənlərdə var.
4) Partnyor sizlə müqavilə bağlayır. Xeyr istədiyiniz vaxt çıxa bilməssiniz. Siz partnyora girdikdən 30 gün ərzində çıxa bilərsiniz. Bundan sonra sizinlə nə qədər vaxt olmalıdılar deyə müqavilə bağlayır. Məsələn 1 il, ya 6 ay. Bu vaxt tamam olduqdan sonra çıxa bilərsiniz.
Mənim təcrübəm bu məsələlərdə çoxdur. Nə də olsa, bunları öyrənmək üçün 4 ay sərf etmişəm.
Əgər yaxşı partnyor axtarırsınızsa bu videoya baxın. Və həmin videoda partnyorlar haqqında ətraflı məlumatlar verilib. Sonra sizə sərfəli olan partnyoru seçin: https://www.youtube.com/watch?v=bJ2SSZdabLw
0
Men hele qaneedici cavab almamisam.Bes niye burada men evezinden qaneedici cavab akmis kimi qeyd olunub,?
0
Artıq sizin bütün suallarınızı mən cavablandırmışam. Burda bir səhv yoxdur.
-2
Özüm wediacorp ile çalışıram. Partnyor ile çalışsan daha az qazanarsan amma daha rahat olar. Her partnyor elediyi iş üçün siz den ayrı ayrı faizle pul ala biler. Meselen: sen 300€ qazanmisansa bunun 15%i wediacorpundur. Lakin adsense senden pul almir. Partnyorlar ise sizin videolari filan qoruyur. Her partnyora girdikden 25 gün muddetinde çixmaq olar(wediacorp) bu muddet keçerse, avtomatik muqavile baglamis olursunuz. 1-2illlik
0
Partnere nece qoşulmaq olur? Yeni bunun texniki mentiqi necedir?
Nece elaqe yaranır? Size pulu neye göre ödeyir? Ve hemin partner özü şirketdir ya nece? Tam anlamış deyilem
Sual verin
Cavab verin