Envato məhsul satışı.

Salam . Envatoda hazırladığım skriptləri necə satışın edə bilərəm . gəlir və sayt vergisi faizləri nə qədərdir. pulu ordan bankla çəkmək mümkündürmü. yatardığımız məshulların reklamın şirkət edir yoxsa biz özümüz etməliyik. ümümiyətlə envato php dilində yazılmış məhsullarımdan gəlir əldə edə bilərəmmi . zəhmət olmsa bu suallarımı cavablandırasınız çox vacibdir.


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (18 cavab var)

(15:10, 26/08/2016 ) #64788

50%-dir Envato vergisi. Sonra satdıqca 30%-ə qədər düşür, yəni sizin pay 50-dən başlayır 70%-ə qədər artır.
Reklamı siz etməlisiz təbii ki. Onlarış işi malı saytda sizin üçün satmaqdır. Axtaranlar özləri tapır və alır sizin malı.(açar sözlərlər)
php-də yazılan softlardan gəlir çox aşağıdır envato-da. Normal gəlir wordpress theme, html template və graphic işlərdədir.
Ciddi girişmək istəsəniz özünüz daxil olub şərtlərini yaxşıca oxuyub envatoda

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:38, 26/08/2016 ) #64792

    bildiyim qədəriylə siz satışların edirsiz . yəni sırf bu işlə məşğul olmağa dəyər ? yüksək qazanclar əldə etmək mümkündürmü məsələn aylıq 3-5 html template ilə 1000-3000 qazanc mümkündür ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:43, 26/08/2016 ) #64794

      Baxır dizayna amma mən inamıram çətin o qədər html templatlə qazanasız ən azı cms zad düzəltsəydiz bəlkə…

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:07, 26/08/2016 ) #64801

      1 milyon da qazanan var, 10 milyon da.
      Sırf bu işlə məşğul olmaq yetərli deyil axı. Əsas meyar KEYFİYYƏTDİR. Sonra gəlir bazarın tələbini ödəyən məhsul düşünmək, sırf bu işə daha çox vaxt ayırmaq və.s. Keyfiyyət isə dünya standartında olmaldır, hətta onu aşmalıdır. Əks halda özünüz fikirləşin, niyə başqasının yox sizin məhsulu almalıdırlar?
      Envato-da çox qəşəng template-lər var ki neçə aydır yerləşdirilib amma satış sayı 0-dır. Yəni gördüyünüz kimi çətindir, hətta çox çətindir.
      Əgər deyilən tələblərin hamısı aşılsa (ki bu da illərlə bu sahədə təcrübə olmasını tələb edir), hə 2-3 template-dən ayda 1000 də qazanmaq olar, 10 min də.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:50, 26/08/2016 ) #64796

Məsəlüçün Nevvspaper 7 teması var 1 milyona yaxın pul qazanıb 3 ilə .

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:20, 26/08/2016 ) #64802

məhsul satışında qiyməti özümüz tənzimləyirik yoxsa envato.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:09, 26/08/2016 ) #64804

    Template üzrə Envato, qrafik işlər üzrə özünüz. Gələcəkdə isə hamısını özünüz tənzimləyə biləcəksiniz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:56, 26/08/2016 ) #64805

      Ümumiyətlə bu işlə məşğul olmağı məsləhət görürsünüz ? Yəni peşəkar olduqdan sonra yaxşı gəlir əldə etmək mümkündür ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:38, 26/08/2016 ) #64808

    Bəli, peşəkar olduqdan sonra məsləhətdir. Amma ora asan gəlir mənbəyi kimi baxarsizsa məsləhət deyil. Sadə müqayisə deyim ki yerli Azərbaycan bazarında pul qazanmaq ordan qat qat asandır. Yerli bazarda nəsə düzəltmədən , təcrübə toplamadan, peşəkar olmadan ora çıxmaq mənasızdır. Birdən birə elə sıçrayış baş tutan iş deyil

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:03, 26/08/2016 ) #64809

      Yerli bazarda hansı cürə işləri məsləhət görürsünüz. məsələn nədən yaxşı gəlir əldə etmək mümkündür ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:27, 27/08/2016 ) #64810

    Elə eyni şeydən. Envatoda nə satacaqsızsa burda da onun sifarişləri. Sadəcə burda özünüzü tanıtmaq üçün gərək pulsuz/pullu xidmət göstərən, insanlara fayda verən layihəniz ola. Yoxsa özünüzü təsdiq etməmiş sayılarsız. Əlinizdə nəsə olsun, insanlar ondan faydalansın(veb, mobil layihə, fərq etməz), sonra müştərilər avtomatik qaydada yaranacaq və çoxalacaq

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:56, 27/08/2016 ) #64814

      Azərbaycanda istifadəçilər azdır. Ancaq envato dünya miqyaslıdır. Burda vaxt itirməkdənsə eynisin daha çox zəhmət çəkib xarici bazarlarda satmaqı üstün tuturam mən .

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:38, 27/08/2016 ) #64819

    anladım, yəni orta məktəbə daxil olmadan universitetə girmək istəyirsiz birbaşa. necə məsləhətdir 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:13, 27/08/2016 ) #64821

      orta məktəb materiallarını evdə öyrənmişəm . uğurlar.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:02, 26/08/2016 ) #64806

Bunu kimse deye bilme,siz ozunuzde o istedadi ve gucu gorursunuzse meshgul olun.Peşəkarliq oldugdan sonra pul da olacag.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:30, 27/08/2016 ) #64813

Adam peşəkar ola, elə ən yaxşısı bu işdi. Oturasan evdə fikirləşib məhsul hazırlayıb elə burdakı qədər və ya daha çox qazanasan.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:01, 27/08/2016 ) #64815

    Əlbətdə peşəkar olmaq bir o qədər də asan deyil ancaq güclü səbr və iradə lazımdır. Məsəlüçün gənc yaşlarda başlamaq peşəkar olmağa gətirib çıxara bilir özüdə burada peşəkar məhsul satışın etdikdən sonra Azərbaycanın nəhəng şirkətlərində işləmək imkanlarıda çoxdur. Bir sözlə nə oluruqsa olaq mükəmməlindən olaq orta qalmaq ən axmaq işdir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:37, 15/12/2016 ) #66381

Bu mövzu haqqında envato marketdə satış edən biri ilə danışdım və mənə bir çox şeyi başa saldı. Mövzu avqustda açılsa belə yenə də kimlərəsə faydalı olar deyə yazıram. Envato marketdə satış eləmək üçün inanılmaz bilikli olmasanız da olar. Sadəcə düşündüyünüz bir şeyi səliqəli və rəy sətrindən istifadə edərək kodlamalısız. Yəni heç bir proqrama dili olmayan bir nəfərə ordakı kodlar nə üçündür kimi başa salmalısız. əgər themeforest yox codecanyon üzərində kod ağırlıqlı script satmaq istəyirsizsə onda dizayn elə də önəmli deyil ama önəmsiz də deyil. Burda da php kodların səliqəsi önəm daşıyır və PSR standartlarına uyğun olması mütləqdir.
Satış etməyə gəldikdə marketə əlavə etməzdən əvvəl mütləq scriptin ya da temanın içinə documentation əlavə edib burada script və ya temanın istifadəsini haqqındakı hər şeyi ingilis dilində açıqlamalısız. bu da documentation hazırlamaq üçün səhifə http://revaxarts-themes.com/documenter/
Bunlar hazırdı indi satış üçün envato marketə yükləmək qalır. Yükləyib haqqında bölümünü falan da yazdınız ingiliscə və aydın sora göndərdiniz. ortalama 1 2 həftəyə ya qəbul olunur ya da reject yəni rədd olunur və səbəb yazılır. Yenidən o səbəbdəki olan səhvləri düzəldib əlavə edə bilərsiniz . Əgər 1 səhv 3 dəfə təkrarlanarsa o məhsulu heç vaxt envatoda sata bilməzsiniz
Qazanc sistemi də paypal ya da bir başa kredit kartına olur ama kredit kartını əlavə eləmək biraz qarışıqdı və azı 500$ qazanc olduqdan sonra pulu ala bilərsiz. Ama paypala transfer üçün 50$ olması kifayətdir.
Hər ayın 15 i qazancınızı ala bilərsiz ama əvvəlcədən mən növbəti ayın 15 i ya da bu ayın 15 i pulumu götürmək istəyirəm tələbi göndərmək lazımdı.
envatoda 1 temadan belə milyonlar qazananlar var sadəcə tələb olan şeyi bilmək və o boşluğu doldurmaq lazımdı. Themeforsetdəki sistem də belədi PSD tema > $ ,HTML tema> $$ , WP tema $$$. Yəni bir temanın 3 formasını da hazırlayıb hər üçündən də qazana bilərsiz WP temalar daha dəyərlidi və daha çox satır.
Ümid edirəm faydalı olar bu yazdıqlarım. Məncə envatoya mütləq başlayın çünki yaxşı iş görsəz əməyinizin qarşılığını artıqlamasıynan ala bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (5 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024