kompüterin performansı haqqında

salam hərkəsə.mənim kompüter windows 8.1 di.ccleaner ,advanced systemcare ,avg pc tuneup,auslogics boost speed ,smart defrag 5 ,auslogics driver updater programlarını istifadə edirəm.bunlar təhlükəsizdirmi?.kompüterə bir ziyanı ola bilərmi?.və 2ci sualım bu yazdıqlarımnan başqa hansı programı məsləhət görərdiniz?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(02:01, 05/09/2016 ) #64991

Əgər bu proqramların hamısını eyni vaxtda quraşdırıb (install) istifadə edirsinizsə, bu özü yavaşlama üçün kifayət edər. Bu proqramlardan cclaner və auslogics boost speed portable versiaların məsləhət görərdim. Əlavə olaraq proqramları silərkən Revo Uninstaller (portable) istifadə edə bilərsiniz. Bütün proqramların avtomatik yenilənmə xüsusiyyətin öz menyularından söndürün. Mümkün qədər portable proqramlardan istifadə edin. Əgər qısa müddətə hansı sa proqramı yükləyib sonra silmək məcburiyyətindəsinizsə, bu proqramı “Sandboxie” vasitəsi ilə istifadə edə bilərsiniz. Pro əməliyyat sistemi yerinə home/basic istifadə edə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:04, 05/09/2016 ) #64992

Bu proqramlar sənin komputerin sadəcə olaraq keş yaddaşını,lazımsız faylları və s. silərək performansı cuzi artırır . Əgər komputerində real performans artışı görmək istəyirsənsə onun komponentlərinə diqqət etməlisən . PC komputerin varsa HDD-sərt disklə yanaşı 120 GB-lıq SSD alıb tax və windowsu SSD-ə quraşdır. Bununla kifayət qədər böyük sürət artışı görəcəksən.Notebook və ya PC istifadə edirsənsə cooler təmizliyinə və termal pastanın dəyişilməsinə diqqət etməlisən . Kefiyyətli termal pasta istifadəsi prosessorun istifadəsi zamanı 6-7 dərəcə temperator fərqi yarada bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:14, 05/09/2016 ) #64994

    termal pasta nedirki? zehmet olmaza izah ederdiniz

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:42, 06/09/2016 ) #65014

      Ptosessor işlədiyi müddət ərzində isinir,bu istiliyi azaltmaq və stabil saxlamaq çox vacibdir, çünki prosessorlar 100 dərəcədən (prosessordan və istehsalçıdan aslı olaraq dəyişə bilər) aşağı temperatorda işləmək üçün uyğundur. Bu prosessoru soyutmaq üçün prosessor cooler-ları mövcuddur. Bu prosessorun üzərinə cooler birbaşa təmas edir və istiliyi alminium və ya mis bloklar vəsitəsiylə bütün aliminum bloka yayılır. Həmin alminiuma bərkidilmiş cooler(fan) dəqiqədə 0-3000 dövr edərək hava vasitəsilə həmin isinən alminium bloka soyuq hava çəkir və isinən blokdan isti havanı komputer case-indəki başqa bir cooler case-dən xaric edir. Bu prosessorla , prosessor cooler arasında müəyyən hava boşluğu qala bilirki, buda prosessorda isinmə yarada bilər . Bunun qarşısını almaq üçüm xüsusi bir kimyəvi maddə olan termal pastadan (rəngi boz olur) istifadə edilir. Termal pasta bu hava boşluqların doldurur və istiliyin prosessordan alminium bloka ötrülməsin sürətləndirir.Kefiyyətli termal pastaların tərkibində gümüşdən istifadə olunur ki, buda onun qiymətini artırır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:59, 07/09/2016 ) #65036

Ətraflı izah ettiyiniz üçün minnətdaram. Mənim üçün maraqlıdır ki, siz bu qədər şeyi hardan bilirsiniz?) yoxsa komputer ustası ya da mütəxəssisisiz?))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (04:04, 08/09/2016 ) #65039

    Mütəxəsis və ya usta deyiləm . Komputer elmləri ixtisasın oxuyuram . Bu qədər informasya isə yüzlərlə saatlıq video materialları izləyərək ,minlərlə sətir mətn oxuyaraq öyrənmişəm.
    Bir çox youtube video kanalından bütün bunları öyrənə bilərsən .sadəcə vaxt lazımdı.
    Technopat.net
    Teknoseyir.com
    Donanımhaber.com
    Və s.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (9 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (17 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (43 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (48 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024