Salam, mən MVC patternini yeni öyrənirəm, Controller, Model və Views adlı qovluqlarım var. Mənə indi maraqlıdır ki DB bağlantı hissəsini harda qurmalıyam. Onu da Model qovluğunda qurmalıyammı? yoxsa onun üçün də ayrıca qovluq lazımdır? MVC işlədənlər varsa necə etdiklərini mümkünsə yazsınlar.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
2
DB bağlantı üçün parametrlər config faylında olmalıdır, hansı ki nə view, nə model nə də controllerdir. Ayrı papka olur adətən config üçün.
DB class-ı isə MVC-də hazır class olur ayrıca. Freymvörkə baxır, hər birində fərqli strukturda ola bilər. Siz ən yaxşısı hazır MVC freymvörk quraşdırıb öyrənin. Onda daha aydın olacaq. Öyrənmək üçün ən məsləhətlisi Codeigniter-dir, həm çox asan strukturu var, həm də documentation-u çox sadə və aydındır.
Sual verin
Cavab verin