Salam. Windows-da Visual C++ ilə fikirləşdim ki UI proqramlar hazırlayım o da rahat olmalıdı, hər bir ui element üçün gərək kod yazasan. Digər MFC, CLR tipli var ama onlar da .NET kitabxanasını istifadə edir. Visual C++ -da elə bir komponent var mı ki drag-drop stili dizaynlı Win32 proqramı yaradım konsol yox.
Java da yeni eyni şeydi əlavə kompenentlərdən istifadə edirəm və jar olaraq proqramı tamamlayır. Üstəlik komputerdə java yüklü deyilsə işləmir.
Nə məsləhət görürsüz hansı dili istifadə edim UI üçün hansı ki rahat elementler yarada biləcəyim dizayn verə biləcəyim eyni zamanda sürətli işləyə bilən dil olsun. Delphi, VisualBasic istəmir onlar zəifdi həmdə fayl(exe) həcimləri böyük olur.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Salam
Embercadero C++ yaxşıdı. Android/İos üçün də yazmaq olur orda.
Adi C++ dilində Windows.h kitabxanası var amma orda işləmək çox çətindi. Oyun tipli bir şey yaradacaqsızsa OpenGL kitabxanasından da istifadə etmək olar.
3
Ən rahatı .Net -dir C# ilə. Çatışmamazlığı odur ki proqram konkret versiyalı .Net kitabxanasından asılı olur. Yəni proqramlarınızı çox istifadəçiyə çatdırmaqda probleminiz olacaq, deyək ki hər biri müxtəlif versiyalı windows sistemi işlədir həm də fərqli .Net kitabxanası ilə. Visual studionun təqdim elədiyi CLR draq and dropu unudun getsin. Ən sürətli , bütün windowslarda işləyən və heç bir kitabxanadan asılı olmayan şübhəsiz ki win32 -dir. (win32 kitabxanası bütün windowslarda var) . win32 -nin yeganə çatışmamazlığı çoox çətin olmasıdır. Hər şeyi əl ilə tərtib etməlisiniz. Yəni məsləhət görmürəm. Məsləhət gördüyüm əlbəttə ki MFC -dır. win32 ilə .Net -in arasında yerləşir. .Net qədər rahat olmasa da asılı olduğu kitabxanaları birbaşa exe-yə kompile etməklə daha çox kompüterlərdə problemsiz icra olumasına nail olmaq mümkündür. Bunlardan əlavə çoxplatformalı wxwidgets, qtk+ v.s. kitabxanaları da var. bunlara misal olaraq Codeblocks və Codelite proqramlaşdırma mühitlərini göstərmək olar. Daha rahat həllər də var. Misal üçün hazır açıq kodlu win32 və ya MFC proqramlarını dəyişib istifadə etmək. Notepad++ v.s.
0
Cavab görə çox sağol Əhməd. Bəs elə şey emək olar ki C# ilə hazırlanan proqramı aslı olduğu .net kitabxanası ilə birgə debug edəsən? Yəni hər hansı bir windowsda işləyərək daxilində olan .net kitabxanası ilə işləsin
1
Mən bildiyim qədəri ilə C# -da .Net üçün bu mümükün deyil.
Sual verin
Cavab verin