Salam. Mən kompyuter yığdırmaq istəyirəm. Sualım isə budur. Aşağıda verdiyim hissələrdən mənə kompyuter yığa bilən bir yer var Azərbaycanda? Ümumiyyətlə mən Bakı ərazisində profsional kompyuter yığan biri tapa bilərəm? Onu deyimki yığdırmaq istədiyim sistem çox bahalı və güclüdür. Buyurun baxın. 2000 dollarlıq sistemim.
Topladığım sistem budur:
Intel Skylake Core i7 6700K 4.0GHz 8MB Cache LGA 1151 Prosessor
MSI Z170-A PRO Intel Z170 3200MHz O.C DDR4 ATX Ana lövhə
Kingston DDR4 16GB (2×8) HyperX Fury Black 2400MHz Ram
MSI GTX980 Gaming 4GB 256Bit GDDR5 Ekran kartı (videokart)
Seagate Barracuda 2TB 7200 RPM 64MB Ön Bellek 3.5″ SATA III DISK – HDD
Samsung 850 Evo 250GB 540-520MB/s – SSD
ASUS DRW 24F1MT SATA DVD-RW Optik Disk
Cooler Master CM X6 Intel ve AMD uyumlu CPU Sərinləşdirici
Cooler Master MasterCase 5 USB 3.0 Mid Tower Modüler Kasa
SilverStone 750W 80+ Platinum Strider Tam Modüler Qida bloku
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
-2
1. materinka Msi dense Asus götürün Video kartada həmçinin
2. hdd Segatdan – sa WD götürün
3. SSD Samsungdasan – Corsair yaxşıdı
bunlara əsas diqqət et
materinkanı böyük götür
gələcəkdə 2 vga qoşulmasını nəzərə al
həmçini blok pitaniyani 1000 watt götür
8 gb kifayyətdir sonra 8 artırmaq olar hdd həmçinin imkan düşdükcə artırmaq olur.
əsas bunlara çox pul ayır. Materinka. Cpu. Blokpitaniya. vga .Keys
o birlerini sonrada artirmaq asandir
-1
Qardaş sənin xəbərin var ki mənə ən zəif şeyləri təklif edirsən )) Mən bu iş üzrə profsianalam. Bilirəm nəyi seçirəm. Mənim sualım bu olmadı axı özdə. Mən dedimki Azərbaycanda belə sistem yığa bilən bilikli adamlar var?
0
haçandan msi yüksək- asus zəif olub?
seagat – wd dan
samsung hansi pc malı yaxşıdır ki?
məndə 17 ilin təcrübəsinə arxalanıb deyirəm
fikir versəniz – sadəcə olaraq mən sizə məsləhət gördüm
1
bəli niyə də olmasın ki
mənim tanıdığım var 28 mayda bestel dükanı var çox super işçiləri var
bilmirəm ora sizə ucuz gələr ya yox ancaq təcrübəli işçiləri var özüm ordan almışam komputer üçün bir çox aksessur tövsiyyə edirəm
-1
Aha. Düzgün cavabı aldım. Bəs yaxşı orda mən dediyim kimi güclü sistem hissləri vardır. Mən birdəfəlik 2000$ a kompyuter yığdırmaq istəyirəm. Ona görə soruşdum.
-1
prosessor və monitor istədiyinizi tapa bilərsiniz
ancaq videokarta və platanı deyə bilmərəm
ancaq mənə demişdilər ki istənilən hissəni gətirə bilərik yenə də soruşsaz yaxşı olar
3
Xüsusi bir məqsəd yoxdursa , GTX 980 almağınızı tövsiyə etməzdim , Azərbaycan saytlarında təxminən 1100-1200 manat qiyməti arasında satılır ,soyutmasından və istehsalçısından aslı olaraq , hansı ki o qiymətə yeni , müasir , daha performanslı GTX 1070 ala bilərsiz özüdə təxminən eyni qiymətə .
( compstore.az , amazoncomp.az saytı buyrun bu saytlardan qiymətləri müqayisə edin )
amazoncomp.az bu saytda istədiyiniz məhsullar olub-olmadığın araşdırın , mağazalarına yaxınlaşın sifarişinizi verin sizi üçün PC-nizi yığacaqlardır.
Şəxsi tövsiyəm isə özünüz PC-nizi yığmağınız olacaqdır.
1
Həmçinin yeni nəsil GTX 1060 daha münasib qiyməti ilə ( Azərbaycan saytlarında təxminən 150-200 manat ) GTX 980 ilə eyni performansı verə bilir.
Benchmark testlərin izləyə bilərsiz.
1
MSI GeForce GTX1070 GAMING X 8G 8GB GDDR5 256Bit bunu seçdim
1
Çox düzgün seçimdir, xeyirli olsun.
Sual verin
Cavab verin