Salam! Məsələn mənim internet mağazam var və yerli bazarda elektron ticarətlə məşqulam. Avropada yaşayan xarici vətəndaş (qeyri-rezident) öz kredit kartı vasitəsilə mənim internet mağazamdan məhsul sifariş edə bilərmi? Yəni ödəniş etdikdə problem yarana bilərmi? Azərbaycandakı ödəniş sistemləri və ya banklar (ecommerce dəstəkləyən) belə ödənişləri dəstəkləyirlərmi? Yoxsa bu mümkün deyil?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Salam. Standart halda bu bağlı olur. Müraciət edib açdıra bilərsiniz.
Əsas problemi bank yarada bilir, prosessinq mərkəziləri isə – Azericard və Millicard(və ya Goldenpay) rahatlıqla aça bilər bunu, əgər hesabınızın yerləşdiyi bank da buna icazə versə.
Mən bilən bir çox banklarda problem olmur.
Mən cəmi bir bankda problem yaratdıqlarını görmüşəm xaricdən gəllən ödəniş üçün – o da Unibank. Amma müzakirələrdən sonra onlar da açdılar, sadəcə gündəlik dövriyyəyə limit olması şərti ilə.(fraud ödəmə risklərindən çəkinirlər deyə)
Sual verin
Cavab verin