Salam. CSS faylına ad verməklə bağlı maqarlı və qəribə bir vəziyyətlə rastlaşmışam. Problem aşağıdakı kimidir:
Bu cür sadə bir HTML faylında
<html> <head> <link href="css/ahmed.css" rel="stylesheet" type="text/css"> </head> <body> <a class="link_test">test link</a> </body> </html>
css link-in adını hər nə qoysam, xassələr qəbul olunmur. Amma css faylının adını ahmed -dən başqa istənilən bir ada dəyişəndə css xassələr qəbul olunur. sadə css faylı aşağıdakı kimidir:
.link_test { font-size: 200px; text-decoration: underline; }
Əvvəl elə bildim cache -dəndi. Cache -i disable elədim – Google Chrome -dan. Localhostdan işləyirəm – XAMPP ilə. Xampp -ı restart da elədim xeyri yoxdu. css faylına müxtəlif adlar verib yoxlayıram style, stt, ahmed1, ahme ç ahmet v.s. hamısında işləyir. Amma adı dəyişib ahmed qoyan kimi itir. Bütün yeni başqa ad ilə test etmək istədiyim css fayllarını əlbəttə ki ahmed.css -in nüsxəsi olaraq yaradıram, sonra adını dəyişirəm. zəhmət olmasa deyərsiniz bu nə məsələdir. Mənim heç bir cavabım yoxdur.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Maraqlıdır. Siz console-a baxın ( CTRL+SHIFT+I basaraq). Orada qırmızı hərflərlə yazacaq niyə yüklənmir deyə.
Məntiqli görünməsə də hər ehtimala qarşı öz localhostuma atıb yoxladım bu iki faylı, normal işləyir ahmed.css.
0
Deməli belə bir şey baş verdi. Əvvəl Chromun cashe-in disable eləməmişdim. Ola bilər eliyyənnən sonra köhnə ahmed.css orda qalmışdı deyə təzəni götürmürdü. ahmedx qoydum tapa bilmədi Cashe -i disable eliyənnən sora, CTRL – ALT -X qırmızı göstərdi. Sonra təzədən dəyişib ahmed qoyannan sonra işlədi. Cache ilə bağlı bir məsələ idi mənə elə gəlir.
1
ctrl+f5 etmək lazımdır css-i yeniləmək üçün.
ya da qısa hack deyim – ahmed.css?v=1 yazırsız əvvəldə, sonra edit etdikdə v=2 və.s. dəyişəndə, cache reload olur.
ya da təcili nəticəyə başqa brauzerdə də baxmaq olar, məsələn incognito Chrome.
1
Problem Google Chrome-un keşi ilə bağlıdı. Növbəti dəfə bu problem yaransa aşağıdakı kimi həll edə bilərsiz:
1. Google Chromeda keşi disable etməklə yanaşı təmizləməklə.
keşi təmizləmək üçün: Clear Cache
2. Yuxarıdakı üsulla siz daxil olduğunuz bütün saytların keşdə saxladığı məlumatları təmizləmiş olursuz. Bu üsuldan daha yaxşısı isə bir klik ilə yalnız olduğunuz saytın keşini təmizləməkdir. Bunun üçün Google Chrome əlavəsi (extension) mövcuddur,
əlavəni yükləmək üçün: Clear Cache Extension
Sual verin
Cavab verin