Salam. Mən internet ( ebay-dan da ola bilər) vasitəsi ilə bitki mənşəli məhsul almaq istəyirəm. Məqsəd valideynimə ad günü münasibətilə dibçək gülü hədiyyə etməkdir (şəhsi istifadə üçün). Məhsulu Avropadan sifariş edəcəm. Bakıda həmən güldən tapmaq çətindir.
Bununla bağlı qanunvericilikdə hər hansi bir qadağa var? Gömrük də məhsulu saxlamarlar ki? Azərpocta bu cur bağlamalarla problem yaranmir ki?
Zəhmət olmasa cavablandırın suallarımı.
Təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
http://customs.gov.az/az/ferdler-ucun/poct-gonderisleri/
0
Təşəkkürlər. Oxudum. İndi burdan hansi nəticəni çıxatmaq olar?
Bitki, gül və s. məhsulları sifariş etmək olar?
Əsasən bu aşağıda yazılanlar məndə sual yaratdi:
– ölkə ərazisinə gətirilməsi qadağan olunan mallar;
-təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
0
Salam. Zəhmət olmasa E. Hacı, Namiq Bəndəli, Software Developer və digər ekspert istifadəçilər sualımı cavablandırsın.
Mən gömrük organından bu məsələni soruşdum, dedilər ki problem olmaz. Amma satıcı mənə əksini söyləyir. Mən dipcək gülü üçün toxum (böyük formada-kökə bənzər) sifariş etmək istəyirəm. Mən satıcıdan tələb edirəm ki, bunu balaca dipçəkdə torbağa basırılmış şəkildə göndərsin, çünki qorxuram ki, özüm yetişdirə bilməyim və pulum, əziyyətim xədər getsin. Satıcı deyirki, men senin istədiyin kimi göndərərəm, sadəcə gömrükdə (Azərbaycanda) torpağda dipçək keçirməyə icazə verməyəcəklər və səninlə probləm yaşayacam.
Sizin fikriniz nədir bu haqda?
Nə təklif edə bilərsiniz?
1
Toxum almisam hamisi gelib.ebayda olanin ekseriyeti alexpresden goturub satirlar.amma aldiqim 7 toxumnan sadece biri bitib.Toxum bahadisa ele vaxt alin ki gelen kimi ekmek sezonu olsun bitmese pulunuzu alin.Tebiki shertlerden asilidi
0
Sağol Ebayman. Cavabınızı hələ indi görürəm.
Satıcı toxumu çox təkid etdikdən sonra Yunanıstandan balaca qutuda mənə göndərdi. Mənə dediki problem olsa özün həll edəcəksən və məhsul çatdıqdan sonra ödəniş edərsən. Gömrükdə heç bir problem yaşanmadı. Üstəlik ödəniş etmək istədikdə 40$-lıq məhsulu (Xari-Bülbül toxumu) mənə hədiyyə etdiyini söylədi : )
Sual verin
Cavab verin