Web sayt üzərindən kartdan-karta pul köçürmək

Salamlar,
Belə bir problem var, deməli

Nümunə olaraq Mən 111111 nomrəli kartdan 222222 nomrəli karta müəyyən bir məbləği köçürmək istəyirəm.
Amma bu köçürmə veb sayt üzərindən olmalıdır.

Sayta login olmuş istifadəçi lazımı məbləği seçir və pulu 1-ci kartdan ikinci öz kartına yükləyir.

bunun üçün hansı həll yollarını təklif edirsiniz?


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(16:24, 08/07/2017 ) #69038

Salam.
Hər şey o qədər sadə deyil.
Kart dediyiniz – prosessinq mərkəzi – bank – prosessinq mərkəzi – bank deyə uzun keçidlərdən keçib işləyən prosesləri özündə ehtiva edir.
Kartdan karta pul köçürməyin avtomatik olması üçün sizin prosessinq mərkəzinin APİ-lərindən istifadə imkanınız olmalıdır. Bu da asan məsələ deyil, çünki
1. Bizdə prosessinq mərkəzləri əsasən ödənişi hesabınıza qəbul etmək üçündür, buradan ora pul göndərmək üçün deyil. Kartdan karta transferi isə özləri xidmət kimi təklif edir, mobil banking, internet banking daxili xidmət kimi.
2. Vahid prosessinq mərkəzi mövcud deyil, elə mən bildiyim 6-7 prosessinq mərkəzi var (Azericard, Millicard, Epos, Pasha, Kapital, YapıKredi və.s.) – bunların da əksəri bir birinə kart to kart dəstəyi vermir, ancaq öz aralarında card to card işləyir. Ona görə də çətin məsələdir.

Birbaşa qlobal həllərdən istifadə edib nəsə etmək olardı bəlkə də, amma onun üçün də itiriləcək faizlər, xaricdə təmsilçlik açmaqlar, ödənməli istifadə haqları və çətinliklər Azərbaycanda heç bir şirkət üçün əlverişli olmaz.

Sizin durumda normal həll o olardı ki, sizin sayt elektron pulqabı funksiyasın daşıyardı, transfer etmək istəyən sizə ödəniş edir, siz də avtomatik o ödənişi swift yolu ilə(karta yox, kartın bağlı olduğu hesaba) internet bankingdən göndərəsiniz. – bu da çox xərci və hüquqi işləri olan çətin bir iş olar amma.

Elə saydığım çətinliklərə görə bu işi görən yoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:14, 09/07/2017 ) #69051

Açıqlayıcı cavab üçün təşəkkürlər Emin Bəy. Sağ olun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (34 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (55 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (59 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (63 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (69 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024