Lotoreya layihəsi

Salam. Mənim bir layihəm var. Azərlotoreyanın lotosuna oxşardı ama adi lotodan tamamiylə fərqli birşeydi. Dediyim loto sadəcə birdəfə olacaq və bilet üzərində sadəcə 3 rəqəm oalcaq. Başqa birşey olmayacaq. İndi mənə maraqlı olan şey mən bunu Azərlotoreya ilə çalışım edim yoxsa fərdi olaraq mmc adı alıb bu işi tək özüm edim? Zəhmət olmasa bu sahədə biliyi olan varsa mənə bildirsin.
Birdə əgər bunu tək görəcəyəmsə mənə hansı icazə sənədləri lizensiya vəs lazımdı?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(12:01, 25/08/2017 ) #69439

Fərdi olaraq icazə yoxdur. Qumar tipli şeylər bizdə qanunvericiliklə tənzimlənir və yalnız bir MMC-yə verilir.
Mahiyyətində lotereya prinsipi varsa, Azerlotereya ilə əməkdaşlıq məcburidir, tək etmək olmaz.
Mahiyyətində proqnoz, mərc varsa, Azerinteltek MMC (Topaz ) ilə əməkdaşlıqdan başqa yol yoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:40, 25/08/2017 ) #69443

    Mashllah. Her shey barede melumatiniz var

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:43, 25/08/2017 ) #69446

    Təşəkkür edirəm cavabınız üçün.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:25, 29/08/2017 ) #69474

    Hacı bəs online satış saytında bu tip müsabiqələr keçirtəsək yenədə qumar tipli sayılır? Məsələn istfadəçilərə kiçik məbləğ qarşılıqında müsabiqəyə qatılıma icazə versək və müsabiqə sonunda toplanan məbləğin qarşılıqında bir vəy a birneçə nəfərə məişət əşyası (kombi, kondisoner vəya digər əşyalar) hədiyə etsək. Yəni burda məqsədim həm vətədanşlar imkanı zəif insanlar bu müsabiqədən yaralanacaq həmdə şirkətin məhulu satılacaq

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:57, 30/08/2017 ) #69476

      Stimullaşdırıcı kampaniya ilə lotereyanı qarışıq salmaq olmaz. Birində biznes model satışdır, pul satışdan gəlir, hər hansı uduşlu aksiya keçirirsiz, ondan pul qazanmırsız, onu sadəcə daha çox satmaq üçün keçirirsiz – bu halda bu lotereya sayılmır. Çünki lotereyada gəlir şansın satışından olur, yəni şansı pula satırsız.
      İkisinin qarışığın edib guya məhsul satmaq adı ilə əslində şans satsanız, məhsul formal bir şey olsa – bu yenə qanun pozuntusu olacaq.
      Çünki dediyim kimi təməl məntiq ayrıdır,
      birində daha çox mal satmaq üçün uduş keçirirsiz(marketlərdə keçirilən 50 aznlik mal al, avtomobil ud filan kimi aksiyalar), uduşlu kampaniyanın özündən pul qazanmırsız, əksinə ititirsiz, ki məhsul satışı artsın oradan qazanasınız.
      Digərində də dediyim kimi, şansı pula satırsız, pul toplanır, sonra toplanan pulun bir qismini uduş kimi verirsiz (loto, mərc və.s. oyunlar)
      Istənilən halda belə bir biznesə başlamaq istəsəniz, öncə hüquqşunas ilə görüşün dəqiqləşdirin hər şeyi.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Eynicinsli mal dedikdə nə nəzərdə tutulur? (14 saat əvvəl)

Jorpy cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (22 saat əvvəl)

E. Hacı cavab verdi - Kriptovalyuta köçürmələrini VÖEN-ə bağlı bank kartına almağım vacibdir? (1 gün əvvəl)

Software Developer cavab verdi - Sifarişlərin çatdırılması üsulu (1 gün əvvəl)

Jorpy cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (2 gün əvvəl)

rdrobert cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (2 gün əvvəl)

rdrobert cavab verdi - canada ve america saytlarindan sifaris (2 gün əvvəl)

rdrobert cavab verdi - Sifarişlərin çatdırılması üsulu (2 gün əvvəl)

rdrobert cavab verdi - Kondisioner mis borusu qiyməti (2 gün əvvəl)

rdrobert cavab verdi - 0-dan alman dili öyrənmək (2 gün əvvəl)

E. Hacı cavab verdi - Trendyoldan 6 ədədd corab sifariş etsəm vergi ödəməliyəm? (5 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (5 gün əvvəl)

Jorpy cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (10 gün əvvəl)

E. Hacı cavab verdi - Smart Customsda növbəti sifarişlərə görə 25 manat tutulacaq? (10 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (10 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23249 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024