Ebaydan alınan mala poçtda ödənilən 0.80-1 AZN “gömrük rüsumu”

Salam, mən bir dəfə artıq sual vermişəm bu mövzuda, amma lazımi cavabı almamışam. Ebaydən aldığım malları poçtda aldıqda poçt işçiləri məndən hər paketə görə 0.80 qəpik alırlar. Digər poçtda isə 1 manat istədilər.(iki poçta göndərilir mallar).Soruşdum nəyə görə o biri poçtda 0.8 qəpik aldıqları halda, burda 1 manat istəyirlər.Qız bir kitabca çıxartdı, göstərdi ki. burda qeyd olunub nə qədər ödəmək lazımdı. Kitabda 2 sütun var idi, birində 0.8, digərində isə 1 manat yazılmışdı. Soruşdum bunlar nədi.Qız mənə nə desə yaxşıdı??- Biz istəyəndə 80 qəpik alırıq,istəyəndə isə 1 manat..
indi mən anlamıram, qayda qanun var yoxsa yoxdu?mən artıq 50 manat ödəmişəm boşboşuna, gömrük komitəsinə yazdım bu sualla bağlı, mənə 1aydan sonra qanunu copy-paste edib göndərdilər,buna baxmayaraq, verdiyim sualın cavabını almadım.Facebookda gömrük komitəsinin səhifəsində də yazdım sualımı. Söhbəti çeynədilər,bir cavab vermədilər.Gah dedilər çatdırılma haqqıdır, gah başqa bir şey. Gömrük komitəsinin emailimə göndərdiyi məktub budur. mən tam olaraq anlamadım bəlkə də, əgər siz daha yaxşı başa düşürsünüzsə,xahiş edirəm mənə açıqlayın-bu məktubda mənim ” poçtda hər paketə görə ödənilən 0.80 qəpik gömrüyə aiddir,ya poçt işçiləri özlərindən qiymət goyur?” sualıma cavab verilib??

“Salam,

Sizin müraciətinizlə əlaqədar olaraq bildiririk ki,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may
2001-ci il tarixli 105 saylı Qərarı (əlavə və dəyişiklərlə
birgə) ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
malların Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsi Qaydaları»nın 1.2. yarımbəndinə əsasən fiziki
şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən malların təyinatı – fiziki şəxsin
səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük
sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi
istifadə və istehlak məqsədləri üçün keçirildiyini yəqin
etməklə, onların xarakterinə və miqdarına, eləcə də
sərhəddən keçirilməsinin tezliyinə görə Azərbaycan
Respublikasının gömrük orqanları tərəfindən müəyyən
edilir. Eyni zamanda fiziki şəxslər təyinatı bu Qaydaların
1.2. yarımbəndinə uyğun olaraq müəyyən edilməklə
beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200
ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq
olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə
müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirə bilərlər.
Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsinin 15 aprel 2004-cü il tarixli 028 nömrəli
“Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
beynəlxalq poçt göndərişlərinə gömrük nəzarəti və onların
gömrük rəsmiləşdirilməsi qaydaları”nın 5.8 yarımbəndinə
əsasən eyni vaxtda eyni bir göndəricidən eyni bir alıcının
ünvanına bir neçə beynəlxalq poçt göndərişi daxil olduğu
və ya göndərildiyi hallarda bu göndərişlərin içərisindəki
mallar toplanılır.

Gətirilən mallar yuxarıda qeyd olunan həddən çox
olduqda, mallar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin «Azərbaycan Respublikasında idxal-ixrac
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı
haqqında» 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına
dəyişiklik edilməsi barədə» 27 noyabr 2007-ci il tarixli
189 nömrəli və 161 nömrəli, «Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan
malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11
nömrəli qərarına dəyişikliklər edilməsi barədə»
30.12.2007-ci il tarixli 220 nömrəli qərarlarına əsasən
gömrük dəyərindən asılı olaraq gömrük yığımına, idxal
gömrük rüsumuna, gömrük dəyəri və gömrük ödənişlərinin
cəminin 18 faizi həcmində əlavə dəyər vergisinə cəlb
olunurlar.

Hörmətlə.”


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (31 cavab var)

(20:57, 31/01/2012 ) #7786

Salam. Əslində bu sual Cavablar.net mövzularına aid deyil. Ebay ilə əlaqəli olsaydı o halda aid olardı.
Suala gəldikdə isə ən yaxşısı Mərkəzi Poçta zəng edib ordan soruşun, bu 80 qəpik məsələsini özlərindən çıxarmayıblar, hansısa qanuna əsaslanır. Dəqiqlik üçün gərək poçta zəng edəsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:54, 31/01/2012 ) #7789

axı heç kim dəqiq demir, bu nə rüsumdu. hər ağızdan bir söz çıxır. orda işləənlərin heç özlərinin xəbəri yoxdu nəyə görə pul alırlar.mən də hansı qanuna əsaslandığını soruşuram da elə,bilən yoxduu. Rusiyada məsəl üçün poçtda heç bir şey ödəmədən alırsan paketləri.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:24, 01/02/2012 ) #7798

Məndən Canonicaldan gələn Ubuntu diskinə görə 1 manat istəmişdilər. Çek tələb etdim söhbəti uzatdı,təhqirlə danışdım, çeki verdi,orda 20 qəpik yazılmışdı,dava saldım. O vaxtdan bəri çox istəməyə qorxurlar. Özlərindən qiymət demək olarda vərdiş halını alıb. Azərbaycanda yalnız 1 poçta,sifarişdə yazdığınıza ödəməlisiz. Orda da kütləyə görə qiymət var. 200manatı keçsə sifariş,onda dövlət rüsumu ödənir. Bir sözlə, 90% ehtimal var ki,sizi aldadırlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:47, 08/03/2015 ) #53747

    Salam aleykum. Men de ebaydan teze teze mal aliram. yoxlamaq ucun papaq aldim. Adi qis papagi. hec 100 q yoxdu menden 1.40 aldilar.
    mene qebz yazdi verdi 1.40 qepiklik. Siz cek teleb etdiz. o malin uzerinde gelir yoxsa gomruk verir? Nece kagizdi? bu yaxinlarda insallah mal gelecek. Dedim hazirliqli gedim.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:31, 01/02/2012 ) #7804

mən də dolandığımı fikirləşirəm.sadəcə problem ondadır ki, heç kim dəqiq olaraq bu sualıma cavab vermir.mən də hücuma keçə bilmirəm. gömrük komitəsinin də dəxlisiz məktubunu özünüz gördünüz.heç əlaqəsi yoxdu sualımla. qızdan soruşanda ki niyə 1 manat ödəyim, qız özünü itirdi.orda şübhələndim ki,nəsə düzgün deyil.amma bir kitabca göstərdi, orda da 2 qiymət var idi.soruşdum nədi bunlar, özündən bir şey uydurub dedi.guya ürəkləri istəsə 80 qəpik,istəsə 1 manat alırlar.elə şey olar ki?heç kimin dəqiq cavab verməməsi onu göstərir ki, belə rüsum yoxdu.onlar ciblərinə yığırlar,yuxarıdakılarla da bölüşdükləri üçün heç kim ələ vermir bunları. gömrük baxış haqqıdı guya, o hansı pasılkalara aid edilir?bilmirsiz?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:33, 01/02/2012 ) #7812

    Ümumiyyətlə qiyməti 200manatdan yuxarı olan bütün mallara gömrük haqqı ödənməlidir. Amma 200manata qədər nə istəsən gətirə bilərsən,yalnız çəkiyə görə ödənişdir və poçtda siz çəkiyə görə ödəniş cədvəlini tələb edə bilərsiz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:37, 14/05/2017 ) #68506

      salam, bildiyiniz kimi hansisa online sifaris verende bir yerden yeni bir saticidan etmirsen bu sifarisi. buda sifarislerin ayri ayri baglamalarda gelmesine sebeb olur.ayri ayri baglamada olandada bu alan kese hec serf etmir, heresinin ayri cekisine gore pul odenmeyi,, yene umumi puol deyilse onla razilasmaq olarki bunlarin hamisinin alicisi mene her baglamaya gore 0.80+0.80+0.80+0.80 haralara gedib cixir. BIR SOZLE XARICDEN ALANDA BAXIRSANKI BURDA OLAN QIYMETLERDEN UCUZDU,, OKI GELDI AZERBAYCANA DAXIL OLDU QIYMETLER IKIQAT ARTIR:):):):):)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:37, 01/02/2012 ) #7816

şifahi olaraq belə məlumat veriblər ki- çəkisi 0-500 qram olan paketləri aldıqda 0.80 qəpik, çəkisi 500-2000 qram olanlara görə 1.60 azn və s. ödənilməlidir. Amma 2ci poçtda məndən 1 manat istədikləri üçün başa düşmədim qayda qanunda bu pulu ödəmək yazılıb, ya camaatın məlumatsızlığından istifədə edib özlərindən çıxardırlar. aldığım əşyalar hərəsi 100 qram eləmir heç,1 dollara alıram saytda, plus 1 manat da ödəyirəm burda. gömrük baxış haqqının bura aid olub-olmadığı haqqında məlumatınız yoxdu?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:26, 01/02/2012 ) #7844

    Onu bilirəm ki, sizin tam hüququnuz var ki, qiymət tarifi olan kağızı tələb edəsiz. və bir də çek almaq sizin borcunuzdur. Çeki almamış poçtdan çıxmaq olmaz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:44, 03/02/2012 ) #7966

çek arada bir yazıb verirlər.amma həmişə yox. çalışaram öyrənim. çoxsağolun köməyə görə!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:33, 07/02/2012 ) #8269

Salam. Bu sahede neche illik tecrubesi olan birisi kimi deyim ki, 0.80AZN odenish kichik banderollara gore resmi rusumdur, yeni onu hech bir pocht ishchisi cibine qoymur. Duz vurguladiniz ki, chekiye goredir. Chekiden bashqa banderolun ozunun uzunlugu x eni x hundurluyu, yeni bir sozle qablashdirma burda chox boyuk ehemiyyet kesb edir. Qiymetler bu formada deyishir: 0.80AZN / 1.60 AZN / 2.00 AZN / 2.40 / 3.00 ve s formada artir. Qiymet kitabchasini men pochtdan goturmushem mende evde de var bir nusxesi, ve pochtdan her defe odenishe gore Qebz aliram, odediyim mebleg qebzde eynile eks olunur ve teyinati yerine de yazilir: Gomruk Haqqi – qisa formada G/h.

P.S. Burda onlara qalan 2ci pochtdaki xanimin elave 0.20AZN artirmasidir, yeni 80 qepik evezine 1 manat alir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:55, 03/07/2013 ) #31247

    salam men ebaydan getizdirirem me oqeder pul veriremki 1.40 asaqi vermirem. balaca duymede olanda 1.40 alirlar. herden eyni mala 1.40 herdende 2, 3 alirlar. deyende deyir xosun gelmir basqa pocda get bura beledi. men hara sikayet ede bilerem?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:56, 03/07/2013 ) #31249

      Çek tələb edin. Vermirsə mərkəzi poçta şikayət edin.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:52, 21/02/2012 ) #9341

mendende hemiwe poctda 1.20azn alirlar, arvada uzum gelmir cek istemeye) o yawda arvad menden 40 qepik isteyir. bunu ona gore odeyiremki onun maawininda az oldugunu bilirem.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:57, 03/05/2012 ) #14335

Salam. Bu hadise menimde bashima gelib. Her defe her baglamaya gore 1 azn alirlar ferqi yoxdu kicik ve ya boyuk. Axirda bir gun sorushdum ki bu qanunu rusumdu poct ishcisi dedi ellbetde dedim bes onda niye cek yazib vermirsiz her defe dedi gozle indi yazim, bir soznen nece cek yazdisa kime gosterdim bir shey basha dushmedi heckim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:30, 31/10/2012 ) #22257

Bir şeyi də başa düşmürəm, əgər qanunidirsə, nəyə görə paketi alana aid tariflər, göndərənə aid edilən tariflər kimi divardan yazılıb asılmayıb? O da açıq aşkar olmalı deyilmi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:37, 29/12/2012 ) #24639

gomrukde 200 manat yoxsa 200 dollara geder olan mallar pulsauz kecir??? men bilen 200$ olan mallari pulsuz kecen 200 manat ise 36% gomruk hakki tuturlar sef elemiremse ve bu cox boyuk meblegdi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:12, 29/12/2012 ) #24641

    $

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:37, 29/12/2012 ) #24643

Sizə dəqiq məlumat verim…
Doğrudur bir çox poçtlarda alladırlar,tərbiiyəsizlik edirlər,bir az dirəşəndə daha sonra paket gelende uzadırlar çeki getirmirlər.axırıncı yola qoyublar özlərini bir sözlə.Qanuna gəldikdə isə

Sizin “Azərpoçt” MMC-nin elektron poçtuna ünvanlandırdıgınız sorğunuza cavab olaraq

bildiririk ki, Poçt şöbəsinə daxil olan beynəlxalq göndərişin qiymətindən aslı olmayaraq

hər bir ədəd üçün gömrük nəzarətinə təqdim edilməsinə dair aşağıda qeyd olunan rüsum

haqqlarının alınması “Azərpoçt”DM-nin 25 iyul 2008-ci il tarixli 92 nömrəli əmri ilə təsdiq

edilmişdir.

-qiyməti bəyan olunmuş göndəriş, kiçik paket və M kisənin hər biri üçün

0,80

-bağlamanın hər biri üçün

1,20

Beynəlxalq göndərişin ünvan sahibinə çatdırılarkən

500 qr dək kiçik paketlər

——–

500 qr dan yuxarı kiçik paketlər (Poçt şöbəsində verilməsi)

0,60

“Azərpoçt”MMC-nin xidmətlərindən istifadə etdiyiniz üçün sizə öz təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Mübariz Cəlilov

Keyfiyətə Nəzarət Şöbəsinin rəis müavini

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət

Ü.Hacıbəyov küçəsi 36

Bakı, Azərbaycan

AZ1000

İş: (012) 493 56 00 daxili (291)

Faks(012) 498 79 11

Mobil;050 522 46 56

e-mail: [email protected]

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:00, 17/10/2013 ) #33367

Sen yaxsisan qardas… Men aldiqim mehsullari AZ1072 nomreli poctdan gotururem burda qiymeti 3 azn qoyublar/ evvel 2 azn idi. 3 aydi qaldiriblar ))))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:48, 12/11/2013 ) #33939

    Sen onda ele mali alan vaxti zeng vur Azerpocta olarin yaninda sorush ki men neqeder odemeliyem? Bu millet duzelen deyil. Rusvetxorlug azerbaycanda zeherli virusa cevrilib.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:24, 12/11/2013 ) #33937

Astarada isə 1.40 AZN tələb olunur. Vətəndaşlara verilən qəbzlərin hamısı printerdən əlavə çıxardilmiş kağızlardır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:06, 03/02/2014 ) #36138

mən azərpoçta bu haqqda yazdim. mənə ətraflı yazdılar ki nə qədər pul və nəyə görə ödənilməlidir.

Kiçik paketin maksimum çəkisi 2 kq, bağlamanınki isə 30 kq ola bilər. Gömrük nəzarətinə təqdim edilmə rüsumu çəkidən asılı olmayaraq kiçik paket üçün 1,40 manat, bağlama üçün isə 2,00 manat müəyyən edilmişdir. Əgər kiçik paketin çəkisi 500 qramdan artıq olarsa (yəni 500 qramla 2 kq arasında), onda digər rüsum da (0,60 manat) əlavə olaraq alınır. Deməli kiçik paketin çəkisi 500 qramadək olduqda yalnız gömrük nəzarətinə təqdim edilmə rüsumu (1,40 manat) alınır. Kiçik paketin çəkisi 500 qramdan artıq (2 kq-dək) olduqda isə əlavə 0,60 manat da verilmə rüsumu alınır, Cəmi 2,00 manat. Bağlama üçün isə çəkidən asılı olmayaraq həmişə 2,00 manat məbləğində yalnız gömrük nəzarətinə təqdim edilmə rüsumu alınır.

Kiçik paketlə bağlamanı ştrix-kod nömrələrinin 1-ci simvoluna görə fərqləndirmək olur. Belə ki, kiçik paketin ştrix kod nömrəsi “R” (sifarişli üçün) və ya “S” (sadə üçün) hərfi ilə başlayır. Bağlamanın ştrix kod nömrəsi isə həmişə “C” hərfi ilə başlayır.

Bir daha xatırladıram: gömrük nəzarətinə təqdim edilmə rüsumu ilə verilmə rüsumu arasında heç bir əlaqə yoxdur. Birinci rüsum həmişə alınır (kiçik paket üçün 1,40 manat, bağlama üçün 2,00 manat), ikinci rüsum isə yalnız çəkisi 500 qramdan artıq olan kiçik paket üçün alınır.

Ümid edirəm hər şey aydın oldu.

Təşəkkür edirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:56, 31/03/2014 ) #38659

    Salam Günay xanım. Azerpoctda kime yazmaq lazimdir bununla bagli bilmirsiz? Məndə 0.076 kq kicik poctda 2 azn aliblar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:08, 18/07/2014 ) #44646

http://www.mincom.gov.az/fealiyyet/tarifler/poct/
burda hamisi yazilib

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:01, 14/10/2014 ) #48414

Salam. Mən 2 ildirki 2 azn verirdim balaca bağlamalara. Tezəliycən 3 azn istədilər. 2 dollarlıq maşın lampasına pul verib ebaydan alıram və 3 azn poçta ödəyirəm. Leyla xanımın yerləşdirdiyi link http://www.mincom.gov.az/fealiyyet/tarifler/poct/ məncə əgər biz nəsə kiməsə göndərdiyimiz rüsumdur. məsəlçün: mən saat satıram və saatı hansısa amerkana göndərirəm və ya hansısa bizim rayonlardan birinə göndərirəm. Orada göndərişlər qeyd olunub poçt göndərişləri üzrə . poç xidmətində pulu alan yox göndərən verməlidir məntiqnən götürəndə. Poçtu alan şəxs 200 $ məbləğindən çox alıbsa və ya 20 kq -dan çox alıbsa onda vergi ödəyir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:08, 10/12/2014 ) #50376

salam.mən bilmək istərdimki aliexpressden mal almisam ve malı izləmə saytında izləyəndə gordükü mal 7 günə catib baki airoportuna.amma artiq 1 həftədirki pocta gəlməyib mal …yəni bele çox çəkir 15 dollarliq mali airoportda yoxlayib pocta göndərməkləri?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:25, 22/07/2016 ) #64227

Salamlar her kese, men oz adimdan deye bilerem, bir defe cemi pul odemisem poct iscilerine, sonra basa dusende ki o pulu gonderen insan odeyir ikinci sifarisde mudurleriyle gorusmek istediyimi bildirdim bilmirem qorxdular ya cekindiler ama ondan sonra menden pul almadilar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:15, 12/01/2017 ) #66944

Salam Aleykum.Dunyanin hec bir yerinde bele bir sey ne esitmisem ne gormusem ki pocta nese gelibse goturende pul veresen.Bunun pulunu qarsi teref gonderende verib day mennen niye pul alirsan ? qaldiki qanuna /.? bizde butun qanunlar cibden dexlisiz pul cixarmaq ucun qoyulmuw qanunlardi ona gore de resmilesdirib pul yigirlar.ciblerine. hec bir eziyyet cekilmediyi halda pul goturmek ne demekdi? sen menim malimi dawidin yoxsa ne eledin ? hec bir sey. bir de bir sey var ki menden defelerle sorusublar qebz isteyirsiz? yeni ki qebz isteme bunu biz oz cibimize qoyaq. duzdu o pulu orda calisan kimse yemir umumi harasa gedir. amma dediyimm kimi bu qanun cibimizden pul ogurlamaqdan bawqa hec bir weye qulluq etmir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:42, 31/08/2017 ) #69509

” Hər bir beynəlxalq göndəriş gömrük nəzartəindən keçdiyi üçün onlara görə rüsüm alınır.Rüsümun məbləği isə
göndəriş növünə görə fərqli olur.Adətən bizim xaricdən sifraiş etdiyimiz mallar kiçik paketlərdə gəlir
və onlara görə 1.40 manat rüsüm alınır.Qəbul etdiyimiz paket yox bağlama sayılırsa onda 2 manat rüsüm
ödəməli olacağıq.Yəni çəkisindən asılı olmayaraq bütün kiçik paktetlər üçün 1.40 manat bütün bağlamalar
üçün isə 2.00 manat gömrük nəzarətinə görə rüsün ödəməliyik.”
1 manata şikayət edirdik 1.40 oldu

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:56, 08/04/2019 ) #74870

Salam.Eslinde odediyiniz pul gomruk rusumu deyil qetiyyen.Azerpoctun xidmet puludur. Amma qarsi teref odenisi edibse poct sizden pul goture bilmez.Eslinde biz qaziq bizi qazliyirlar. Emin olun.o pullar havayidan alinir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024