Adsense və DəmirBank…

Salam. Dəyərli, Cavablar.net userleri, aranızda “Adsense” qazancını son bir neçə ayda DəmirBank vasitəsilə alanınız varmı?…

Demək, bir müddət əvvəl “DəmirBank”dakı rekvizitlərimizi Adsense panelinə qeyd etmişik. Pul banka gəlib, bir neçə gündən sonra isə geri qayıdıb. Bankdan bildirildi ki, problemsiz ödəmə almaq üçün Adsense panelinə onların correspondent bank (Raiffeisen Zentralbak Oesterreich) rekvizitlərini də qeyd edək. Növbəti dəfə verdikləri correspondent bank rekvizitlərini də qeyd etdik. Bu dəfə də pul gəldi və 2-3 günə karta oturacaq dedilər. Pul təxminən 15-20 hesabda qaldıqdan sonra, yenidən geri qayıtdı…
Bu dəfə də bankdan hesab rekvizitlərində hər hansı yanlışlıq ola biləcəyini qeyd etdilər. Yenidən verdikləri correspondent bankın rekviztlərində əvvəl verdikləri hesabla müqayisədə Correspondent Account-un əvvəlində sadəcə bir 0 rəqəmi fərqi var. Yəni, əvvəlcə Coresspondent Account: 70-55.050751 idisə, indikində kod 070-lə başlayır…

Sizcə, sadəcə coresspondent account kodundakı 0 fərqi, hansı ki əvvəlki kodu da özləri təqdim etmişdilər, pulun 15-20 gün hesabda qaldıqdan sonra geri qayıtmasına səbəb ola bilərmi?…

Bir də problemdə bir az şübhəli məqam, Adsense paneldə correspondent bankın Amerika fəaliyyəti ilə ilgili tələb qeydi olmasındadır… DəmirBankın correspondent bankı Raiffeisen Zentralbak Oesterreich isə Avstriya mənşəli bir bankdır. Lakin nəhəng qurumdur. Raiffeisen Zentralbak Oesterreich correspondent rekvizitlərini Adsense panelə daxil etdikdə, hər hansı problem falan yaratmadı, normal qəbul olundu…

Yeni verdikləri sadəcə 0 fərqi olan correspondent account hesabını hələlik daxil etməmişik ki, hər dəfə göndər-qaytar problemi qarşı tərəfdə etibarsızlıq yarada bilər…
Sizcə, məsələnin rahat həlli nədədir?…

Cavabınız üçün öncədən təşəkkürlər!…


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(14:53, 29/08/2017 ) #69469

Salam.
adsense-də hesab euro olanda avstriya filan bankı olur orta bank, bəli.
hesab usd olanda amerikan bankı olur adətən.
Bank Respublikada və 1-2 başqa bankda bunu birdəfə düz edirlər adətən, ilk dəfə rekvizit istəyəndə vərəqdə hamısı olur, rəqəm səhvi olmadan. Və hər şey bir dəfəyə alınır.
Belə görünür ki, Dəmirbank işçisinin yanlışıdır səbəbin kökü. Ən son rəqəminədək hər şey doğru olmalıdır bəli.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:20, 29/08/2017 ) #69470

    Öncə, ilginiz üçün təşəkkürlər, Elvin bəy!… “DəmirBank” dakı kartımız USD ayarlıdır. Adsense hesabında da valyutanı USD olaraq qeyd etmişik. Raiffeisen Zentralbak Oesterreich qeyd etdiyim kimi, Avstriya bankı olduğundan pulun yenidən geri qayıtma ehtimalı varmı, sizcə?…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:23, 29/08/2017 ) #69473

      Hər şey düzdürsə bu dəfə gələr ümid edirəm. Bəs niyə dərhal götürmürsüz ki pul gələndə. köçürmədən sonra uzağı 2 günə pul oturur normalda. Və dərhal da götürmək lazımdır. 2 gündən çox çəkdisə deməli nəsə problem var

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:17, 04/09/2017 ) #69530

    Təkrar Salam. Vaxt məhdudiyyətinə görə, məsələni araşdırmamışdım. Bu gün Adsense panelində görürəm ki, vasitəçi bankın (xarici müxbir bank) qeyd edilməli olan rekvizitləri yalnız adı və SWIFT BIC kodu imiş, correspondent account üçün isə hər hansı tələb və yer irəli sürülməyib. Yəni, correspondent accountda bir 0 rəqəmi fərqini düşünməyim əbəsmiş…

    Adsense paneldə vasitəçi bankın ad və SWIFT kod xanalarından sonra isə,
    “FFC veya FBO (bankanıza sorun)
    Bankanız For Further Credit (FFC) veya For Benefit Of (FBO) gerektiriyorsa talimatları tam olarak bankanızın belirttiği şekilde ekleyin.” qeydləri yer alır ki, bu bəndi tam olaraq anlamadım. İş saatı olmadığından bankla da məsələni müzakirə edə bilmədim…

    Bu arada yenə “Banka havaleniz bir aracı banka yoluyla yapılıyorsa bankanın ABD’de bulunuyor olması gerekir.” ifadəsi fikrimi qarışdırdı…

    Google yardım formunda isə oxşar mövzuya rastladım. Bir ekspert yazırdı ki, bəzi banklar pul köçürmələrini transfer hovuzlarında həddindən artıq çox saxlayırlar, müvafiq hesaba qoymurlar, bu səbəbdən də, pul geri qayıdırmış…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:31, 24/09/2017 ) #69663

Problem həll olundu. Böyük ehtimalla, bank hesab bilgilərinin yenilənməsi ayın 15-dən sonra olduğu üçün göndərim köhnə hesaba gedibmiş…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (11 dəqiqə əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024