Salam.
Dostlar mən online notebook sifariş eləmişdim kangroexpress vasitəsilə çatdırılma olacaqdı. Amma kangoexpressdə malın alış qiymətini real qiymətdən 3 dəfə ucuz göstərdiyim üçün gömrükdə göstərilən məbləğə inanmayıblar və gömrükdən buraxmayıblar.
Indi mənim notebookum gömrükdədi, ordan götürməliyəm. Xahiş edirəm bununla bağlı mənə bir məsləhət verərdiz.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
götürməlisiniz deyə sizə bu barədə yazılı məktub və ya bildiriş gəlməlidir ki malınız haradadır və haradan götürməlisiniz
0
Baku Cargo Terminalında olur mal. Ora gedib götürəcəksiniz.
– Əgər qiyməti doğurdan da şişirmisinizsə, onda rüsum ödəməli olacaqsınız + orda saxlanma haqqı (gün sayına görə artır məbləğ, ona görə də tez götürməsəz məbləğ çox böyüyəcək)
– Əgər qiyməti düz göstərmisizsə, sadəcə invoys və bankdan həmin ödənişə aid çıxarışı da götürüb gedirsiniz və pul vermədən alırsınız. Telefonda mobil banking varsa elə oradan da göstərmək olar, day banka getməyə gərək qalmaz.
Sual verin
Cavab verin