Salam 15 Sentyabr Adsense banka pul köçürülməsini etdi. Bank (Kapital Bank) VÖEN olmadığı üçün pulu qəbul etmədiyini söylədi və yeni bir kart açmağı və rekvizitlərin yenidən adsenseyə yazılıb pulu yenidən göndəriləsini istədi. Yeni rekvizitləri daxil etsəmdə heç bir dəyişiklik olmadı. Adsense balansından göndərilən pul geri qayitmayib. Artıq 1 aydan çoxdur nə edə bilərəm ? Xahiş edirəm kömək edin
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Artıq həmişə belə olacaq. Bütün banklara tapşırılıb. Tanışlar da var, VÖEN açıb hamsi. Siz də pul qazanırsınız isə , qeydiyyatdan keçib qanuni qazanc əldə etməlisiniz.
Biz bunu edən son ölkəyik az qala. Butun dünyada bu adi haldır və yüz ildən çoxdur ki var. Gəlir əldə edən mütləq qeydiyyatdan keçməli və sahibkar hesabına qəbul etməlidir pulu.
Başqa yol axtarmayın, çünki faydasız olacaq.
VÖEN hesabı açmaq , vergi və hesabat vermək lazımdır.
Geri qaytarma barədə isə, banka desəz ,pulu qaytara bilər geri Google-a
0
Demirəm VÖEN-siz olsun sadəcə pulumu almaq istəyirəm bank pulu qəbul etmədiyini deyir pul ortaliqda haradir bilmirəm artiq 1 aydan çoxdur nə edim bilmirəm
1
Mende bele oldu. Biraz araşdirdim ve google sozleşmesini ve bir hasabat var onu cap eetdirib banka verdim hemin gun pulu goturdum 10 faiz vergi cixdilar ancaq. Amrahbank idi mende. Dediyim o hesabay da , adsense de ödemelere girirsiz orda pul gorunen yerde cap etmek ucun bir duyme var tapa bilmesez yazin sabah deyerem, bank size dediki muqavile getirmelisiz? Mene bele dediler, dediyim iki şeyi apardim ve pulu gotürdüm.
1
Pulu ala bildim muqavile lazim olmadi
Sual verin
Cavab verin