Salam.Banggood`dan telefon sifarişi vermişdim.Sifariş ilk öncə İsveçrəyə sonra Azərbaycana göndəriləcəkdi.Depodan çıxışınnan sonra 1 həftə ərzində isveçrəyə getdi və ordan Azərbaycana yola salındı.Ordan çıxıbsa bura gəlməyi elədə uzun çəkməməlidir bildiyim qədəri ilə amma 16.10.2017də çıxış edib və hələdə səs sorağ yoxdur.Azems`dən nömrə götürdüm zəng elədim yönləndirə yönləndirə axır danışdım və sifarişlərin 12-24 gün ərzində gəldiyini dedi.Bu zaman nə etməliyəm sadəcə gözləmək ?Kargonun itməsi və s. kimi birşey ola bilər ?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
necə yəni uzun çəkməməlidir? təyyarəyə yükləndisə birbaşa sizə göndərilmir axı 🙂 təyyarə gəlir (birbaşa Azərbaycana da olmur çox vaxt, istanbula, ordan bura, burdan ora və.s. dolayı) çatır tutaq ki. Ordan yüklərin boşaldılnası, gömrük nəzarəti, paylaşdırılması, çeşidlənməsi və.s. – ekspress poçtda bunlar hamısı sürətlə edilir deyə yola salınandan 2-3 gün sonra sizdə olur. Ucuz shipping zamanı isə mallar gömrükdə və ya digər yerdə günlərlə növbəsini gözləyə bilər. 3 gün, 5 gün, 10 gün, 15 gün və.s. Odur ki, bir qədər də səbr etməniz lazımdır. Tracking verilibsə trackingi izləyin sadəcə.
0
Maraqlısı budur.Hong kongdan isveçrəyə gediş vaxtına baxın birdə ordan Azərbaycana göndərilən vaxta.bugün,sabah ölkəyə giriş etməsə ayın 30u 2həftə olacaqki səs soraq yoxdur
Sual verin
Cavab verin