Salam bəylər, xanımlar.
Bir müddət öncə amazon kindle almışdım, fəqət bir müddət istifadə etdikdən sonra ekran əcaib formaya düşdü. Belə ki, kindleni yandıranda avtomatik itməli olan screenserverin bir hissəsi, demək olar ki yarısı itmir, yerində qalır, digər yarısı isə itir. Beləcə heç nə oxumaq olmur. Kindlini komple söndürüb yandırdım xeyri olmadı. İlk ağlıma gələn, ekranın zədələnməsi oldu.
Sualım belədir, mənim halımda ekran doğrudan da zədələnibmi?! Əgər hə, onda ölkədaxili, hardasa bərpa etmək mümkündürmü?
Öncədən təşəkkür,
Hörmətlə,
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
0
Ola bilsin ekranla sxemi bağlayan kabeldə boşluq olsun. Məlumat ekrana tam ötürülmür. Və ya proqram səhvi ola bilər. Siz hər ehtimala qarşı proqramı yenidən yazmağı yoxlayın. Mən son versiyaları üçün baxdım, update buradan edilir: http://www.amazon.com/gp/help/customer/display.html?nodeId=200324680
Bəlkə Azel`ə service müraciyyət edəsiniz . Çünki ən azından bu cihazlar ordada satılır
0
Söndürüb yandırmaq düyməsini, saqa teref cekib 30 saniye saxlayib sonra buraxin Kinde restart olunnacaq.Yəni ilk aldığınız kimi, əgər software ilə bağlı problem varsa həll olunacaq.
0
Salam bəylər,
Cavablara görə təşəkkür,
Emin bəy siz göndərdiyiniz link “Kindle Keyboard Software Update Version 3.3” screen ilə eyni yazılıma malikdirlər ya necə?
Ələkbər bəy, yuxarıda qeyd etdiyim kimi, reset atmışam və düzəlməyib, prinsipcə məndə də aşağıda lnkini yerləşdirdiyim videodakı kimi problem var:
http://www.youtube.com/watch?v=lCR5DTnfeas&feature=related
Musarir bəy, görüm 1-ci ilk gedim, repair serviceləri olsa əla olar 🙂
Ələkbər siz azel`ə zəng edib əvvəlcə müəyyənləşdirin görün servis xidməti edirlərmi ,çünki çox zaman aləti satışa qoysalarda özləri service xidməti vermirlər ,amma hər halda özlərini həmişə qafqazın ən qabaqcıl şirkəti hesab edirlər elektronika-İT sahəsində və bu məntiqdən düşünürəm ki service xidmətləri olmamış olmaz ,yenədə siz aləti onlara təslim etməmiş dəqiqləşdirin nə olar nə olmaz burası bizim məmləkətdir ,başı çıxmasda deyə bilər ki bacarıram.
0
Müsarir bəy, zəng etdim bu gün azel ə, xanımın kindle deyə soruşmağından anladım ki, yoxdu 🙂
156 avrom getdi 🙂
Təşəkkür.
Sual verin
Cavab verin