Salamlar. Çoxdandır bir sayt işlədirəm indi ödəniş sistemi açıb pul qazanmaq qərarına gəlmişəm. Vergilərlə bağlı bir neçə sualım var:
1. Saytı əsas vəsait kimi qeydiyyatdan keçirməliyəmmi? Əgər elədisə necə?
2. Saytı idarə etmək üçün işlətdiyim şəxsi komputerimi də qeydiyyatdan keçirməliyəmmi? Elədisə necə?
3. Aylıq DSMF-yə 23 manat ödəniş etməliyəmmi?
4. Sayt qazancda olmasa belə vergi verməliyəmmi?
5. Hal-hazırda tələbəyəm və təqaüd alıram. Vergilər təqaüddən avtomatik olaraq tutula bilərmi?
6. Master təhsili almaq üçün xaricə gedəcəm böyük ehtimalla.Adıma VÖEN olması xaricə gedib təhsil almağıma problem törədə bilərmi?
7. İşdir alınmasa saytı baölamaq istəsəm VÖEN=i bağlatdırmaq mümkündürmü? Əgər ölkədə olmasam bu yenə də mümkündürmü?
İndidən təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Əgər fiziki şəxs kimi qeydiyyatdan keçirsinizsə bu qədər xırda detallara gərək olmur.
Siz deyən şeylər MMC üçün lazım ola bilir.
1. Özünüz qeydiyyatdan keçirsiz və qazanca uyğun vergi ödəyirsiz. Sayt sadəcə pul qazanmaq vasitəsidir sizdə. Təbii ki, əgər saytınız xüsusi icazə tələb edən fəaliyyət növünə aid deyilsə.
2. Gərək yoxdur, mən onlarla şəxs tanıyıram 10 ildir vergi ödəyicisidirlər fiziki şəxs kimi, amma belə şey etməyiblər. Yenə də bilən bir mühasib ilə məsləhətləşmənizdə fayda var. Tək bu punkt yox, bütün suallarınız üzrə.
3. Hər halda.
4. Xeyr. 3 ayda bir hesabat verirsiz, nə qədər pul gəlibsə sizin hesaba, onu bəyan edirsiz, orda avtomatik hesablayır 4% borc yazır, ödəyirsiz vəssalam. Sadəcə nəzərə almaq lazımdır ki, sadələşmiş vergi növündə gəlirdən yox, gələn puldan vergi verilir. Yəni sizin iş məqsədilə nə xərclədiyiniz nəzərə alınmır.
5. Xeyr. Özünüz ödəməlisiniz.
6. Xeyr, heç bir əlaqəsi yoxdur. VÖEN-i müvəqqəti dondura da bilərsiz əgər xaricdə olanda bu işlə məşğul olmayacaqsınızsa.
7. Əlbəttə. Həm də online.
0
Çox təşəkkürlər
Sual verin
Cavab verin