Payoneer kartından hansı bankomatdan pul çıxarmaq sərfəlidir və bankomat nə qədər pul tutur. Kapitaldan 10 manat çıxardım 10$a yaxın pul çıxdılar. Sonra başqa bakomata saldım çek götürdüm 5$ ordan tutdular. Əgər çıxaran varsa zəhmət olmasa cavablandıra bilərmi.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Bütün bankomatlarda eyni olmalıdır, eyni faiz. Çox çıxan varsa ola bilər ki başlanğıc minimum tuttulma çoxdur həmin bankda. Çox çıxaranda eyni olur.
1.8%+3.5$ belə bir şeydir.
Məsələn 100$ çıxaranda tutmalıdır 5.3$
500$ çıxaranda tutmalıdır 12.5$
və.s.
10 azn 6$ edir və çox kiçik məbləğdir deyə 1.8% əvəzinə hər bankın öz minimal tutduğu məbləğ işə düşür (5$-10$ arası ola bilər bu).
Tək doğru yol xarici kart ilə pul çəkərkən iri məbləğdə çıxarmaqdır, əks halda ciddi itirəcəksiniz.
0
Çox sağolun məlumat üçün. Çox çıxmağın səbəbi bu imiş. Bəs birbaşa $ ya manat çıxarmağın fərqi varmı tutulacaq faiz olaraq.
3
Bəli, manat çıxaranda çevirmə komissiyası da tutur əlavə. Dollar olan bankomat soruşub tapsanız, dollar çıxarıb sonra onu ən sərfəli bank exchange-ndə manata çevirə bilərsiniz.
Sual verin
Cavab verin