Salam. Mənim heç bir bankda hesabım yoxdur. Mənə Amerikadan pul göndərilməlidir men onu nece qəbul edə bilərəm? Western Union haqqında oxudum. Tam başa düşmədim. Ad və soy adımı pul göndərən tərəfə verməliyəm vəssalam? Bəs sora hansı bankdan almaliyam men o pulu? tutaqki 500 dollar pulun nə qədəri burda nəğdləşdirmə zamanı tutulacaq? 500 dollardan təmiz nə qədəri mene qalacaq? Prablem cixmasın deyə başqa nə məsləhət görə bilərsiz? Pul göndərildikdən nə qədər vaxt sonra mən onu nəğdləşdirə biləcəm?
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
2
Bəli, qarşı tərəf sizdən ad soyad istəyəcək, pulu göndərib sizə kod deyəcək. Siz də istənilən banka yaxınlaşıb əməkdaşa deyəcəksiz ki Western Union ilə pul gəlib, onu götürmək istəyirəm. Kodu və şəxsiyyət vəsiqənizi onlara deyəcəksiniz, vəssalam, imza atdıracaqlar sizə sənədə və pulu verəcəklər.
1. Bank hesabı lazım deyil.
2. Bir qəpik belə tutulmur, pul sizə tam verilir. Göndərmə haqqını göndərən tərəf ödəyir.
3. Heç bir problem çıxmır. Pul göndərəndən azacıq sonra (bir neçə dəqiqə olmalıdır) artıq nəqdləşdirə bilərsiniz. Göndərişin statusunu western union ilə də yoxlamaq olur.
Sadəcə ona diqqət edin ki, pulu bankdan almamış heç bir halda “pul mənə göndərildi” deyə əmin olmaq olmaz. Çünki bəzən fırıldaqçılar olur ki, qarşı tərəfdən nəsə istəyir əvəzində western union ilə ödəuyəcəyini deyir. Saxta invoice, sayt və.s. linki verir ki, pulu göndərdim, məs. sabah götürə bilərsiniz, siz isə indidən mənə göndərin satdığınız malı/xidməti və.s. Bəziləri də aldanıb edilər, sabah da bilirlər ki, pul filan göndərməyiblər ona. Ona görə də pulu almadan və ya western union-un rəsmi saytında kodu yazaraq öz ad soyadınızı orada görmədən heç bir halda tanımadığınız şəxsə güvənməməlisiniz
0
Mənə tanışım gondərməlidi pul. Ancaq çox sağolun xəbərdarlıq üçün. Bəs qarşı tərəf adımı ingilis dilində yazmalıdı? Pulu göndərərkən Azerbaycan secir ölkə olaraq? Yoxsa pul ümumi hesabda olur men hansi ölkədə olmağımdan aslı olmayaraq çıxarda bilərəm pulu?
1
Qarşı tərəf banka və ya western union-a yaxınlaşsın, ona lazımi məlumatları verəcəklər. Ad, soyad da təbii ki ingiliscə olmalıdır
1
Salam, bəs qarşı tərəf də hər hansı banka yaxınlaşır pulu göndərmək üçün? Ya online xidmətlər vasitəsilə də mümkündür onun göndərməyi?
1
bəli sözsüz ki, qarşı tərəf verdiyiniz məlumatlar əsasında sizin məlumatları və vəsaiti banka köçürür. Sizdə həmin məlumatlarla alırsız vəsaiti.
Qaldı ki, online yolla da mümkündür.
0
Bəs özümə paypal açsam ne zamansa hesabimdakı pulu western unionla öz adıma keçirdib nəğdləşdirə bilərəm? Paypaldan burda istifadə etmək olmur deye açmaqdan çəkinirəm
1
xeyr
0
Çox sağolun!
Sual verin
Cavab verin