Aliexpress telefon

Salam.Sizə 2 sualım olacaq.
1.Aliexpressdən telefon sifariş vermək istəyirəm bu yaxınlarda.Amma son vaxtlar telefonların gətirilməsində problem yaranıb deyirlər.Guya telefonları gömrükdən telefonları buraxmırlar.Bu nə dərəcədə doğrudur?
2.Bu yaxinlarda şəxsi istehlak üçün gətirilən mobil cihazlara dövlət rüsumu tətbiq olunub.Bu nə deməkdi?Bunu gömrükdə ödəyirik yoxsa hara köçürürük?Məbləği nə qədərdi?

P.S:Alcağım məhsul 600$ dəyərindədir.Xahiş edirem ətraflı cavab verin.


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(19:48, 04/07/2018 ) #72088

Son 2 gündə bu sual 10 dəfə verilib zəhmət olmasa saytı araşdırın. Təkrar sualları yazmayın nə qaranlıq qalırsa onu yazın. İyul ayından artıq icra edilən qərar çıxıb şəxsi istifadə üçün yəni 1 ədəd də olsa rüsum ödəniləcək

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Qanuna əsas dəyişiklik fiziki şəxslərin ölkəyə gətirdiyi mobil telefonların qeydiyyatı və avtomobillərin satışı-bağışlanması zamanı müqavilələrini qeydiyyatı üçün rüsumlara aiddir. Prezidentin bununla bağlı fərmanında deyilir:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.22-ci maddə əlavə edilsin:

“2.0.22. satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması.”;

1.2. 18.65.3.1-ci maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 18.65.3-1-ci maddə əlavə edilsin:

“18.65.3-1. Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;

1.4. aşağıdakı məzmunda 33-5-ci maddə əlavə edilsin:

“Maddə 33-5. Mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun

tutulmasının xüsusiyyətləri

Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Poçtla yoxsa kargo şirkəti ilə sifariş etmək? Hansı daha yaxşıdır? (4 gün əvvəl)

Software Developer cavab verdi - 25 yaşında universitetə girmək məntiqlidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Kriptovalyuta üçün hansı fəaliyyət növü seçilməlidir? (5 gün əvvəl)

E. Hacı cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (9 gün əvvəl)

E. Hacı cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (9 gün əvvəl)

Jorpy cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (9 gün əvvəl)

E. Hacı cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Eynicinsli mal dedikdə nə nəzərdə tutulur? (10 gün əvvəl)

Jorpy cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (11 gün əvvəl)

E. Hacı cavab verdi - Kriptovalyuta köçürmələrini VÖEN-ə bağlı bank kartına almağım vacibdir? (11 gün əvvəl)

Software Developer cavab verdi - Sifarişlərin çatdırılması üsulu (11 gün əvvəl)

Jorpy cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (12 gün əvvəl)

rdrobert cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (12 gün əvvəl)

rdrobert cavab verdi - canada ve america saytlarindan sifaris (12 gün əvvəl)

rdrobert cavab verdi - Sifarişlərin çatdırılması üsulu (12 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23254 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024