Salam! Mən Ubuntu işlədirəm və Linux Mint-ə keçmək istəyirəm. Disk vasitəsilə Mint-i kompüterimə yükləmək istəyirəm. Sualım belədir ki, Ubuntudan Mint-ə necə keçə bilərəm? Yenə də yüklədiyim faylı diskə boot etməliyəm? Etməliyəmsə necə? Ətraflı cavablandıra bilsəniz sevinərəm.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
Aha Ubuntunu necə qurmuşdunuzsa eləcə. Diski və ya USB-ni taxırsınız, kompüteri boot edərkən diskdən edirsiniz, gerisi artiq next next verə verə olur.
Ubuntu daha məsləhətdir amma, ağla gələn bütün sualların cavabı internetdə var Ubuntu üçün.
Düzdür, Linux Mint də Ubuntu üzərində qurulub deyə Ubuntunun bir çox həlli onunçün də keçərlidir, amma bəzi çətinliklər və fərqlər ortaya çıxa bilər. Ona görə də Ubuntu qala-qala Mintə keçmək sırf maraq üçün deyilsə, məsləhət deyil
0
E. Hacı mən Ubuntuya yeni keçmişəm, yəni 3-4 ay olar təxminən. Çox öyrəşdim Ubuntuya, əvvəl Windows 7 işlədirdim. İlk zamanlarda Ubuntu çox rahat idi, fikirləşirdim ki, artq ƏS dəyişməyəcəm, amma son zamanlarda nəsə yavaş işləyir elə bil. Təəssüf ki, həll üsulunu tapa bilmirəm. Mənə Linux Mint-i tövsiyyə etdilər, dediklərinə görə daha yaxşı işləyəcək.
0
Linux Mint bir az daha yüngüldür Ubuntudan, bəli. Amma bu daha çox kompüterinizə bağlı məsələdir. Yəni bəlkə nəsə konflikt var, proseslərin siyahısına baxıb sistemi zəiflədən nədir ona baxmaq lazımdır. Məsələn ən çox problemi Chrome brauzeri yarada bilir bir çox hallarda, o da ki, cəmi bir ayar dəyişməklə həll etmək olur. (chrome://flags daxil olub GPU rasterization – ENABLED etmək bir çox hallarda Chrome-un sistemin yaddaşını yeməsini dayandırır) Yəni problemi tapmayıb bütün sistemi dəyişmək ayaq ağrıyırsa ayağı kəsmək kimi bir şeydir, ondansa problemi tapıb həll etmək gərəkdir.
0
E. Hacı diqqətinizə görə minnətdaram. Problemləri necə tapa bilərəm? Bu barədə yeni bir başlıq da aça bilərəm. Proqramlaşdırma öyrənirəm və kompüterimin vəziyyətinə görə davam edə bilmirəm işimə. Kömək etsəniz sevinərəm.
0
Çox sadə. System Monitor adlı proqram var Ubuntunun üstündə qurulu olur, onu açıq qoyursunuz qalır, sonra zəifləmə olanda oradan process listə baxıb (yaddaşa görə sıralama edərək daha rahat görmək olar ki ən çox hansı yeyir CPU və RAM-ı) görmək ki problemi hansı proqram yaradır. Sonra artıq google-da yazmaq ki, “FILANPROQRAM Ubuntu ram problem” və.s.
Sual verin
Cavab verin