Salam. Baktelekomdan simsiz rabitə (LTE) ilə telefon və internet işlədən var ? Varsa, internetdən razısızmı ? Yaşadığım əraziyə simli telefon çəkilmədiyi üçün məcbur bu aparatı quraşdırdım, təxminən 300 manata başa gəldi router ilə birlikdə. İndi pubg, cs go kimi onlayn oyun serverlərinə ping simli internetdən hardasa 50-100% arası daha artıqdı. Discord danışıq proqramında isə daimi packet loss var. Download sürəti 5 meqabit olmasına baxmayaraq upload 0.1 -0.2 meqabitdi. 192.168.0.1 adresindəki (password – admin123) status göstəriciləri Signal strength 97-105 dbm arası, Link quality isə 15-25 db arasıdı. İşlədirsizsə, zəhmət olmazsa baxıb sizdəki göstəriciləri deyə bilərsiz ? Əgər məndəkindən daha yaxşıdırsa, aparatı yuxarı qaldırmağı fikirləşirəm. Aparatın adı “KZTECH 4100v”. Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Mənim bu cür işlərdən o qədərdə başım çıxmır,Ancaq deyilənə gorə Aztelekom daha yaxşıdır.Ancaq qərar sizin
Sual verin
Cavab verin